Böyük Britaniyanın bir neçə yüksək vəzifəli hərbi rəsmisi ölkə hakimiyyətini Almaniya ilə nüvə silahının birgə istifadəsi barədə danışıqlara başlamağa çağırıb. Bu addımın məqsədi Rusiyadan gələn “kritik” təhdidə qarşı cavab tədbiri kimi göstərilir.
“The Daily Telegraph” qəzetinin yazdığına görə, NATO-nun sabiq baş katibi Corc Robertson bu təşəbbüsü alqışlayaraq deyib:
“Bunu müsbət qarşılayıram. Bu, düzgün və yerində addımdır və çoxdan atılmalı idi. Əgər Rusiya nüvə ritorikasını genişləndirməyə davam edərsə, bu, bütövlükdə Avropada müəyyən qərarların qəbuluna səbəb olacaq.”
Öz növbəsində, 2013–2016-cı illərdə Böyük Britaniyanın Müdafiə Qərargahının rəhbəri olmuş feldmarşal Con Houghton bütün Avropa qitəsini əhatə edən nüvə çəkindirmə layihəsi barədə düşünməyə çağırıb.
Eyni zamanda, Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbələr qəzetə bildiriblər ki, hazırda onların ölkəsi ilə Almaniya arasında nüvə çəkindirmə mövzusunda danışıqlar aparılmır.
Hazırda Avropa ölkələri arasında yalnız Fransa və Böyük Britaniya nüvə silahına malikdir: Parisin arsenalında 300, Londonun isə təxminən 250 nüvə başlığı var. (Azadlıq Qəzeti)
