20 C
Bakı
20 Oktyabr 2026 07:38
Sağlamlıq

Hər 10 evdən 7-də var – Xərçəng yaradır

Evdə istifadə olunan bəzi ətirlər sağlamlıq üçün təhlükəlidir.

Fransanın “60 Millions de Consommateurs” təşkilatının araşdırmasına görə ətir çubuqları formaldehid, benzol, etilbenzol, furfural, stiren, toluol və asetaldehid kimi kanserogen maddələr buraxır. Bu maddələrin konsentrasiyası çox vaxt otaq havasının təhlükəsiz səviyyəsini dəfələrlə keçir.

Ətir çubuqları həmçinin yüksək konsentrasiyada mikrozərrəciklər buraxır ki, bunlar ağciyərlərə daxil olub kapilyarlardan qan dövranına keçə bilər.

Ən təhlükəsiz ev ətir vasitəsi aromadiffuzorlar hesab olunur. Bu məhsullarda istifadə olunan məhlullar təhlükəsiz səviyyədə qlikol efirləri ilə hazırlanır. Bəzən onlar efir yağları ilə zəngin ola bilər, amma kanserogen maddələr ya yoxdur, ya da çox aşağı təhlükəsiz konsentrasiyada olur.(Milli.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor