Cəmiyyətİqtisadiyyat

10 ildən sonra buz əriyir: ƏDV azadolma limiti yenilənir, amma yenə azdır

Son 10 ildir ki, bütün rəsmi, qeyri-rəsmi görüşlərdə, publik çıxışlarımda ən çox toxunduğum problemlərdən biri kiçik sahibkarlar, sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-dən azad dövriyyənin artırılması olub.

2006-ci ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq aldı.

Deyəsən, bu məsələnin “buzu” əriyir, çox böyük ehtimal, 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə 2 dəfə artırılaraq 400 min manat olacaq.

Hörmətli hökumət, sizə problemləri görmək üçün, azı, 10 il lazım olur, bunu anladıq, amma, yenə də eşidin – 400 min manat da azdır, yenə bir neçə ildən sonra artırmaq məcburiyyəti yaranacaq. Ona görə də, kiçik sahibkarlar, sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan dövriyyəni 1 mln. manat etmək lazımdır.

Bir dəfə də vaxtında dinləyin, ölkə iqtisadiyyatında dərin böhran izləri var, ÜDM artmır, iqtisadi aktivlik zəifdir, buna görə də, əsas diqqəti kiçik sahibkarlığa yönəltmək lazımdır. Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 mln. manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Nazir Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş

redaktor

Atası ölüm ayağında olan qızın “Tiktok”da canlı yayımı hiddətləndirdi – VİDEO

redaktor

Bakıda yeni doğulmuş körpənin bu hərəkəti izlənmə rekordu qırır – Video

redaktor