Sağlamlıq

Sol böyrü üstə yatmaq niyə bu qədər faydalıdır?

“Sol böyrü üstə yatmaq qıcqırmanı azaldır”.

Tacxeber.com“20minutos” nəşrinə istinadla xəbər verir ki, bu barədə diyetoloq Reme Navarro danışıb.

Mütəxəssisin sözlərinə görə, insan sol böyrü üstə uzandıqda, qida həzm sistemi boyunca daha asan hərəkət edir. Həmçinin bu vəziyyətdə qaraciyər daha yaxşı işləyir:

“Sol böyrü üstə yatarkən ürək üçün də qanı nasoslamaq daha asandır. Bu, aşağı ətraflardan qan daşıyan əsas venanın bədənin sağ tərəfində yerləşməsi ilə bağlıdır. Sol böyrü üstə yatmaq həmin venaya təzyiqi azaldır və qan dövranını asanlaşdırır”.

Bundan əlavə, bu poza qıcqırmanı (ürək yanmasını) azalda bilər. Xüsusilə hamilə qadınlar üçün bu vəziyyətdə yatmaq daha faydalıdır, çünki plasentada qan dövranını yaxşılaşdırır, qaraciyər və böyrəklərə təzyiqi azaldır.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mineral qazlı suya qatıb gündə 1 stəkan için – Böyrəkləri “saat” kimi işlədir

redaktor

Qanımızı təmizləyən dalağı necə təmizləməli? – Dalaq niyə təzələnməlidir?

redaktor

Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?

redaktor