15 C
Bakı
26 Mart 2026 16:42
DünyaSiyasət

“Lukoil” və “Rosneft”in səhmləri çökür – Səbəb Trampın sanksiyalarıdır

Rusiyanın neft nəhəngləri olan “Lukoil” və “Rosneft”in səhmləri ABŞ-nin onlara qarşı yeni sanksiyalarının tətbiqi fonunda bu gün səhərdən kəskin ucuzlaşır.

Tacxeber.com xəbər verir ki, “İnvestisiya” portalının məlumatına görə, bu gün fond birjasında ticarət başlayandan “Lukoil”in səhmləri 4,37%, “Rosneft”in səhmləri isə 3,21% ucuzlaşıb.

Rusiya neft nəhənglərinin səhmləri sessiyanın əvvəlində ən böyük eniş edənlər – qırmızı rənglə göstərilənlər sırasındadır. Onların arasında “Qazprom”, “VTB Bank” və “Sberbank” da var. Bu şirkətlərin qiymətli kağızlarının sahiblərinə onları aktiv şəkildə satmaq tövsiyə olunur.

Xatırladaq ki, oktyabrın 22-də ABŞ Rusiyanın “Rosneft” və “Lukoyl” şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Məhdudiyyətlər “Rosneft”in 28 və “Lukoil”in 6 törəmə müəssisəsinə də təsir edəcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tehranda Azərbaycan əleyhinə konfrans keçiriləcək

redaktor

Türkiyəni qarışdıran iddia: təyyarəni hansı ölkə və niyə vurub? – Sensasion

redaktor

İsrailin casus proqramı ilə jurnalist və fəalların “WhatsApp”ını sındırmaq istəyiblər.

admin