CəmiyyətSiyasət

Günay Ağamalı qurultayda baş verənlərlə bağlı bəyanat yayıb

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bu gün partiyanın qurultayında baş verənlərlə bağlı bəyanat yayıb.

Tacxeber.com həmin bəyanatı təqdim edir:

“Dəyərli media mənsubları, hər birinizdən Ana Vətən Partiyasının növbədənkənar IX qurultayı ilə bağlı mətbuatda gedən dezinformasiyalara inanmamağa və əhəmiyyət verməməyi rica edirəm.

Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır.

Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər. Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmadı.

Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

New York Post: Ukraynanın iştirakı olmadan Tramp-Putin sülh sazişi mənasızdır

redaktor

“Su borusunun dəyişdirilməsi üçün də ölkə Prezidentinə müraciət edək?” Nura Suri

admin

Nəşi tapılan hərbçimizin atası: “Adını daşıdığı əmisi də şəhid olub” – Fotolar

redaktor