Ruslar ötən gün Xarkovda bir uşaq bağçasını ağır raketlə vurublar. Xoşbəxtlikdən, həyəcan siqnalını eşidən bağça heyəti ləngimədən, 28 körpə uşaqları zirzəmiyə daşıyıblar. Zərbə bu binanın üst qatını tam dağıdıb, zirzəminin də yolunu dağıntılar bağlayıb, uşaqlar da hamısı sağ qalıb, amma, az havalı, qaranlıq, qorxuda.
Ukrayna xilasediciləri, camaat da tez zirzəmi girişini təmizləyib uşaqları daşıyırlar. Uşağın birisini sinəsinə basıb daşıyan, ilk anda xilas üçün özü irəli atılan şəkildəki şəxs isə Xarkov Regional Dövlət Fövqəladə Hallar Xidmətinin rəisi, general-mayor, Aleksandr Volobuyevdir.
Müsahibəsində deyib:
“Qızcığaz ağlayırdı.
Mən soruşdum: “Adın nədir?”
O: “Saşa.” (Yəni Aleksandra)
Mən: “Mənim də adım Saşadır.” (Aleksandr)
Bunu eşidəndən sonra o, sakitləşdi. Həkimlər müayinə etdilər onu, vəziyyəti yaxşıdır”.
Çox yəqin ki, mənsub olduğu Xidmətə, xalqına və dövlətinə sadiq, dürüst korrupsiyasız qulluq edən və insanlara yönlü vecsiz olmayan, sadə, səmimi qəlbli xidmət rəhbəridir. Kənarda durub, əli cibində komanda verməklə kifayətlənməyib.
P. S.
Putin pis yerə ilişib, alınmayacaq bu qəhrəman xalqla. Bəlkə də bilsəydi, bunu heç başlamazdı.
