Neçə gündür Norveçin yüksək vergi sistemini paylaşırlar. Ürəyimə damdı ki, bizdə nəsə artım gözlənilir, xalqı da şükr etməyə hazırlaşdırırlar.
Yüksək vergiləri göstərirlər, amma gəliri gizlədirlər. Mən xəbər verim:
Norveçdə bir süpürgəçi ana ayda 19 000 NOK, bizim pulla təxminən 3 187 manat qazanır. Vergisini verdikdən sonra əlində təxminən 2 180 manat qalır. O süpürgəçi bir aylıq maaşı ilə 2010–2014-cü ilin işlənmiş, amma normal vəziyyətdə olan maşınını (Toyota Yaris, VW Polo) ala bilir.
Bununla da bitmir — hər uşağa görə dövlət ayda 1 676 NOK (270 manat) ödəyir. Əgər tək anadırsa, əlavə olaraq 3 000–5 000 NOK ( 500–840 manat) arası yardım alır.
Əgər maddi durumu zəifdirsə, “Matsentralen” adlı rəsmi ərzaq paylama şəbəkəsinə müraciət edib, ətindən tutmuş tərəvəzə qədər həftəlik pulsuz yardım ala bilir.
Gözü doymadı, ürəyi daha yaxşı yaşamaq istəyirsə, süpürgəçi gedir kilsəyə, ordan da başqa yardım qopardır. Frelsesarmeen adlanan yerdən geyim alır. Qırmızı Xaçdan dərman, uşaq yeməkləri ala bilir. Yardım təşkilatları bitmir qısası.
Norveçdə bu, təhqir sayılmır, əksinə sosial həmrəylik hesab olunur.
