CəmiyyətGündəmSiyasət

Gənc yaşında imzasını imzalar içinə atmağa nail olmuş bir yazıçını kimdən və nədən müdafiə edəcəksən ki?

Kəramət Böyükçöl ictimai mühitdəki çox azsaylı şəxslərdən biridir ki, müdafiəyə ehtiyacı yoxdur. Gənc yaşında imzasını imzalar içinə atmağa nail olmuş bir yazıçını kimdən və nədən müdafiə edəcəksən ki?

Lakin AXCP-nin kütləvi şəkildə Kəramətə hücumu, bununla kifayətlənməyərək Kəraməti müdafiə edən ziyalı, yazar və ictimai xadimlərə hücumları narahatlıq doğuracaq məsələdir. Cəmiyyətin narahatlığı da çox aydın hiss olunur. Sovet keçmişindən gələn yaddaşı cəmiyyətə xatırladır ki, siyasətçilərlə yazıçılar arasında münaqişə ikincilərin təqib olunması ilə müşahidə olunub.

Azərbaycandan da yan keçməyən bu bədnam proses yüzillər ərzində nadir hallarda nəsib olan Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi istedadların məhv edilməsi ilə nəticələnib. Bütün bunlar Azərbaycan xalqının qan yaddaşında sarsıntılar buraxdığı üçün cəmiyyət siyasətçilərin yazıçılarla münaqişəsində dərhal ikincinin yanında yer alır. Professor Qulu Məhərrəmlinin “Yazıçı Kəramət Böyükçölə qarşı aparılan kampaniya, təşkil edilən kollektiv hücumlar kənardan pis görünür…” xəbərdarlığı, yazıçı Eldəniz Quliyevin “Vsyo! Kəramət yoxdusa, əlavə, onun kitabları-zadı da yoxdusa, deməli, problem-miroblem də yoxdu…” sərt sarkazmı da bunun nümunəsidir.

Bir siyasətçi bunu bilmirsə deməli mənsub olduğu cəmiyyəti tanımır. Bunları bilə-bilə yazçı ilə danışırsa, deməli artıq o siyasətçi olmaqdan çıxaraq davakar adama çevrilib. Onunla eyni düşünməyən hər kəsə hökumətin adamı, DTX-nın layihəsi deyən adam artıq siyasətçi deyil. Müxalifətçi ola bilər, amma siyasətçi ola bilməz.
Yazıçı ilə “davanı” ədəbiyyat tənqidçiləri etməlidir. Bu dava daha yaxşı ədəbiyyat yaratmaq davası olmalıdır. Facebook-da hərdən ədəbi tənqidlərə rast gəlirəm və həmin yazıları dəstəkləməyi özümə borc bilirəm. Hesab edirəm ki, Rasim Qaracanın xəsisliklə yazdığı tənqidlər ədəbiyyatımızın inkişafına müsbət edir. Çox istərdim ki, Rasim Qaracanın tənqidi fəaliyyəti daha məhsuldar olsun.

AXCP-yə gəlincə, partiyanın rəhbər şəxsləri bilməlidirlər ki, “mühasirəyə alınmış qala” məntiqi ilə özünüqoruma davranışının sonu hər kəslə düşmən olmaqdır.
Kəramətə gəlincə, Corc Oruell “Siyasət Ədəbiyyata qarşı – Qulliverin Səyahətlərinə Baxış” məqaləsində yazır ki, özünə inamla dəstəklənən dünyagörüş, hətta dəlilik həddinə çatsa belə, böyük sənət əsəri yarada bilər. Yazmağa davam!

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Rəhimin son halı – Video

redaktor

Mirvarid Dilbazinin qızı: “Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb…”

redaktor

“Əsədə və onun ailəsinə sığınacaq verilməsi qərarını Putin verib” – Dmitri Peskov

admin