DünyaİqtisadiyyatSiyasət

Tramp hökuməti Rusiyaya qarşı ilk sanksiyalarını açıqladı – Şahın Cəfərli

ABŞ Maliyyə Nazirliyi Rusiyanın 2 böyük enerji şirkəti – “Rosneft” və “Lukoil”a qarşı (34 törəmə şirkətləri ilə bərabər) total sanksiyaların tətbiqi barədə qərar qəbul edib. Bazarın bu qərara reaksiyası – neftin bahalaşması sanksiyanın ciddi olduğunu göstərir. Bayden dövründə, o da prezidentliyinin son həftələrində, cəmi 2 Rusiya şirkətinə – “Qazpromneft” və “Surqutnefteqaz”a qarşı bu tip sanksiya tətbiq olunmuşdu.

Prezident Tramp öz növbəsində Putinlə planlaşdırılan görüşü ləğv edib. (Bu görüşdən öz seçkiqabağı təbliğatında faydalanmaq istəyən Viktor Orban üçün pis xəbər). ABŞ maliyyə naziri Bessent bildirib ki, Rusiya mövcud təmas xəttində atəşkəsə razılaşmasa, sanksiyalar genişləndiriləcək.

Daha bir vacib xəbər Rusiyanın 20 min ukraynalı uşağı oğurlaması səbəbi ilə terrorçu dövlət kimi tanınması haqqında qanun layihəsinin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində yekdilliklə qəbuludur.

Putini sülhə gətirmək üçün 9 aylıq cəhdləri nəticə vermədikdən sonra Tramp Rusiyaya qarşı təzyiq siyasətinə keçməyə məcbur oldu. Bunu əslində ənənəvi siyasətə dönüş kimi qiymətləndirmək lazımdır.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Günün FOTOSU: Makron Kiyevdə, Azərbaycan bayrağı başı üzərində

redaktor

Milyonçu cütlük bütün sərvətini kasıblara payladı və… – VİDEO

redaktor

BMT: “Qarabağı tərk edən erməni sakinlərə qarşı pis rəftar halları qeydə alınmayıb”

redaktor