CəmiyyətGündəmHadisəŞikayətSiyasət

Gürcüstanda yaşayan azərbaycanlı mühacir-jurnalist yenidən saxlanılıb

Gürcüstanda yaşayan azərbaycanlı jurnalist Əfqan Sadıqov yenidən polis tərəfindən saxlanılıb.

Bu barədə yerli hüquq müdafiəçisi Tamta Mikeladze “Facebook” səhifəsində polisə istinadən xəbər verib.

O, həbslə bağlı əlavə detalları hələ öyrənə bilmədiyini deyib.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova isə bildirib ki, Ə.Sadıqovla əlaqə oktyabrın 22-i axşam saatlarından kəsilib.

“Əvvəlcə Gürcüstan polisi onun saxlanılması ilə bağlı hər hansı məlumatlarının olmadığını bildirsə də, sonradan Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun onların nəzarətində olduğunu deyib. Bu ziddiyyətli məlumatlar və şəffaflığın olmaması ciddi narahatlıq doğurur. Hazırda Əfqan Sadıqovun harada və hansı şəraitdə saxlanıldığı barədə ictimaiyyətə rəsmi məlumat verilmir. Bu vəziyyət qanunsuz azadlıqdan məhrumetmə və insan haqlarının pozulmasıdır”, – S.Sadıqova qeyd edib.

“Azel TV” “YouTube” kanalının rəhbəri olan Əfqan Sadıqov ötən il də avqustun 3-də Tbilisidə həbs edilib.

Həmin vaxt Gürcüstan tərəfinin məlumatına görə, Sadıqov hədə-qorxu ilə pul tələb etmə ilə bağlı cinayətlərə görə Azərbaycan tərəfindən axtarışa verilmişdi.

Ailəsi və hüquq müdafiəsi təşkilatları onun həbsini siyasi təqib ilə əlaqələndirirdilər.

Lakin fevralın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərara əsasən, Gürcüstan hakimiyyətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib.

Tbilisi məhkəməsi prokurorluğun vəsatətini təmin edərək Sadıqova tətbiq olunan ekstradisiya həbsini girovla əvəz edib və jurnalist aprelin 16-da azadlığa buraxılıb. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiya vətəndaşlarına Gürcüstana giriş qadağan edilir

admin

Rövşən Lənkəranskini təhqir edən tiktokerə “gəlinlik” geyindirdilər

redaktor

Kənan MM: “TikTok” bağlansın, super olar…

redaktor