MaraqlıPlanet

Azərbaycan haqqında maraqlı faktlar

-Azərbaycan dünyada demokratik idarəetmə formasını qəbul edən və qadınlara kişilərlə bərabər səsvermə imkanı yaradan ilk müsəlman ölkəsi oldu. Qeyd edim ki, ABŞ-da bu iki il sonra olmuşdu

-Azərbaycanın paytaxtı Bakı şəhərində 1926-cı ildə SSRİ-də ilk elektrik qatarı fəaliyyətə başlamışdı.

-Nobel Mükafat Fondu Alfred Nobelin Bakı nefti ilə qazandığı vəsaitlərdən yaranmışdı.

-SSRİ-də kondisioner istehsal edən yeganə zavod Azərbaycanda yerləşirdi.

-Ziya Bünyadov keçmiş Sovet İttifaqında yeganə akademik olan Sovet İttifaqı Qəhrəmanıdır ki, Böyük Vətən Müharibəsi illərində intizam batalyonuna (cərimə batalyonuna) komandirlik edib.

-Müsəlman Şərqində ilk musiqili opera Bakıda səhnəyə qoyuldu – bu, “Leyli və Məcnun” operası idi. Həmçinin Azərbaycanda ilk dəfə olaraq musiqi konservatoriyası və sirk binası tikilib.

-Dünya Armrestling Federasiyasının qərargahı burada, Azərbaycanda, Bakıda yerləşir. 60 üzv ölkə arasında keçirilən qlobal qol güləş yarışıdır.

-Planetin ən güclü şahmatçılarının bir çoxu azərbaycanlıdır.

-Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu.

-Azərbaycan dünyada ən çox palçıq vulkanına malik ölkədir. Dünyadakı 800-dən çox palçıq vulkanının təxminən 350-si Azərbaycanın ərazisində yerləşir və onların çoxusu aktivdir.

-Azərbaycanın Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və burada 40 mindən çox petroqlif qorunur.

-Azərbaycan dünyada neft hasilatının sənaye üsulu ilə aparıldığı ilk ölkədir. 1846-cı ildə Bakının Bibiheybət yatağında dünyada ilk sənaye neft quyusu qazılıb.

-Bakı şəhər dünyada ən alçaqda yerləşən paytaxt şəhəridir (-26 m)

 

Osman Eminov

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Beyninə çip implant edilən şəxs iki dil öyrənir

redaktor

Bu çiçəyi qoparanlar 11 min manat cərimələnir – FOTO

redaktor

Rus dili qapıdan qovulsa da, pəncərədən girəcək – Bəhruz Əliyev

admin