CəmiyyətGündəmSiyasət

Ramiz Mehdiyev faktoru hakimiyyətin həm içində, həm də qarşısında yeni siyasi hesablaşma mərhələsini başlada bilər.

Alqış Musayev statusunda iddia edir ki,  19 oktyabr 2019-cu ildə Milli Şura Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. Cəmi 3 gün sonra – 23 oktyabrda isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırılaraq Elmlər Akademiyasına göndərildi.

Baş redaktor bildirir ki, bu aksiya ilə Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırlması arasında birbaşa əlaqə var. Yəni Milli Şura aksiyanı ona görə keçirib ki, Ramiz Mehdiyevin işdən çıxarılmasının qarşısı alınsın.

Çox ciddi ittihamdır. Ancaq bu ittihamın reallıq əmsalı varmı? Təbii ki, iqtidar istəsə bu versiyanı reallığa çevirə bilər. İqtidarın əlində bu, su içmək kimi bir şeydir.

Son günlərdə anonim mənbələrə istinadən Ramiz Mehdiyevin AXCP-yə 18 milyon manat ötürdüyü söhbəti tirajlandı. İndi isə Ramiz Mehdiyevin Avropadakı bloqerlərə 43,5 milyon manat verdiyi bildirilir.

Böyük ehtimalla demək olar ki, əgər iqtidar bu versiyanı sübut etmək üçün hərəkətə keçsə, AXCP-nin onsuz da məhdudlaşdırılmış fəaliyyəti bütövlükdə dondurulacaq. Və AXCP-yə qarşı repressiyaların yeni dalğası başlayacaq…

Aydındır ki, İlham Əliyev Ramiz Mehdiyev faktoru üzərindən həm iqtidara, həm də müxalifətə bir əl gəzdirəcək. İlham Əliyev belə bir fürsəti əldən verərmi? İnanmıram. Əksinə, o, bu fürsətdən maksimum dərəcədə yararlanmağa çalışacaq…

Onu da qeyd edim ki, Ramiz Mehdiyevin qurbanları sırasında Alqış Musayev də yer alır. O, Ramiz Mehdiyevin ucbatından 2008-2021-ci illərdə işsiz qalıb.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Mərkəz direktoru Masazırda yarım milyonluq villa tikdirir? – FOTOLAR

admin

“Çimərlik geyimində ziyarətgaha gəlmişdilər”

redaktor

Müğənni: Qohumlarımın qaz-işıq pulunu mən verirəm

redaktor