Digər

PSJ 7, “Barselona” 6 qolla qalib gəldi, “Napoli” darmadağın oldu

Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna start verilib.

Turnirin son qalibi PSJ (Fransa) Almaniyada “Bayer”in qonağı olub. Görüşdə qapılara 9 qol vurulub. PSJ səfərdə 7:2 hesablı qələbə qazanıb.

“Barselona” (İspaniya) öz meydanında “Olimpiakos”la (Yunanıstan) qarşılaşıb və 6:1 hesabı ilə qalib gəlib.

 “Arsenal” (İngiltərə) “Atletiko”nu (İspaniya), PSV (Niderland) “Napoli”ni (İtaliya) darmadağın edib.

Azərbaycan təmsilçisi “Qarabağ” isə meydana bu gün çıxacaq. İlk iki oyunda qalib gələn Ağdam klubu İspaniya səfərində “Atletik”lə qarşılaşacaq.

21 oktyabr

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, III tur

“Barselona” (İspaniya) – “Olimpiakos” (Yunanıstan) – 6:1

Qollar: F.Lopes, 7; 39; 76. Yamal, 68-pen. Raşford, 74; 79.

“Kayrat” (Qazaxıstan) – “Pafos” (Kipr) – 0:0

“Arsenal” (İngiltərə) – “Atletiko” (İspaniya) – 4:0

Qollar: Qabriel, 57. Martinelli, 64. Dyökereş, 67; 70.

“Bayer” (Almaniya) – PSJ (Fransa) – 2:7

Qollar: A.Qarsiya, 38-pen; 54 – Paço, 7. Due, 41; 45+3. Kvaratsxeliya, 44. N.Mendes, 50. Dembele, 66. Vitinya, 90.

“Vilyarreal” (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:2

Qollar: Haland, 17. B.Silva, 40.

PSV (Niderland) – “Napoli” (İtaliya) – 6:2

Qollar: Bonjorno, 35-öz qapısına. Saybari, 38. Man, 54; 80. Pepi, 87. Drioş, 89 – Maktominey, 31; 86.

“Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) – 2:4

Qollar: Anton, 33-öz qapısına. Dadason, 90 – Nmeça, 20; 76. Bensebaini, 61-pen. F.Silva, 87.

“Yunion” (Belçika) – “İnter” (İtaliya) – 0:4

Qollar: Dumfris, 41. L.Martines, 45+1. H.Çalhanoğlu, 53-pen. Espozito, 76.

“Nyukasl” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:0

Qollar: Qordon, 32. Barnes, 71; 83.

22 oktyabr

20:45. “Atletik” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

20:45. “Qalatasaray” (Türkiyə) – “Bodo/Qlimt” (Norveç)

20:45. “Monako” (Fransa) – “Tottenhem” (İngiltərə)

20:45. “Atalanta” (İtaliya) – “Slaviya Praqa” (Çexiya)

20:45. “Çelsi” (İngiltərə) – “Ayaks” (Niderland)

20:45. “Ayntraxt” (Almaniya) – “Liverpul” (İngiltərə)

20:45. “Bavariya” (Almaniya) – “Brügge” (Belçika)

20:45. “Real” (İspaniya) – “Yuventus” (İtaliya)

20:45. “Sportinq” (Portuqaliya) – “Marsel” (Fransa)    (Qol.az)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bu günün hava proqnozu açıqlandı

redaktor

Rasim Məmmədov: Mənə 20 il verin, razıyam

redaktor

“Dünən Bakıda İtaliya-Azərbaycan Universiteti açılıb amma …..” Cəmil Həsənli

admin