31 C
Bakı
13 Avqust 2026 17:22
CəmiyyətGündəmSiyasət

Kəramət Böyükçölə qarşı hücumlara sözardı.

Dəyərli dostlar,
Bütün siyasətçilərə, ictimai fiqurlara, vətəndaş cəmiyyəti üzvlərinə, özüm də daxil, bir tövsiyəm var. Çalışıb ərkanlı olaq! Xırda bir bəhanədən, tənqiddən qarşı tərəfi linc etmək xəttinə birdəfəlik son qoyaq. Hər birimiz tənqidə dözümlü olmalıyıq, ondan nəticə çıxarmalıyıq. Bu bir demokratiya nümunəsidir.

Unuymayaq ki, bizim cavablarımız həm də bizi müəyyən edir.
Yazıçılara, şairlərə qarşı daha loyal davranmalıyıq. Onlar liberal düşüncəli şəxslərdir. Bir liberal düşüncəli şəxs bütöv bir nəslə qarşı vuruşa, mübarizə apara bilər.

Digər tərəfdən, ədəbiyyat yalnız tənqidin fonunda, tənqiddən süzülüb keçəndə dəyərə çevrilir, gələcək nəsillər üçün nümunə olur. Tənqid bitən yerdə ədəbiyyat bitir. Ədəbiyyat səmimi olmalıdır. Məddahlıq mühitində isə ədəbiyyat yoxdur.

Şair və yazıçılarımızın işi bizi mədh eləmək yox, tənqid etməkdir,. Nə qədər çətin olsa da, tənqidi nəinki həzm etməliyik, həm də onudan nəticə çıxarmağa çalışmalıyıq. Heç birimiz qüsursuz deyilik. Unutmayaq ki, dəyərlərin transformasiya edildiyi cirkli mühitdə hər kəsin siyasi və ictimai bakirəliyi ciddi şübhə altındadır!
Bir-birimizə sayğı ilə yanaşaq!

 

Hörmətlə, Adil Qeybulla
22-10-25

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın təhlükəsizlik doktrinalarında Yaxın Şərq məsələsi

redaktor

Laçında “LAÇIN” yazısının hər hərfinə 100 min manat xərclənəcək. Bir hərfə — 100 min manat

redaktor

Azərbaycanda iyulda illik inflyasiya 5,8 faiz olub, ərzaq 7,3 faiz bahalaşıb

admin