DünyaSiyasət

İtaliya Fələstini bu halda tanıya bilər – Meloni şərtləri açıqladı

Tacxeber.com xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Senatdakı çıxışında deyib.

“Bunlar həm də İtaliyanın Fələstin Dövlətini tanıması üçün zəruri ilkin şərtlərdir. Bu, ölkə parlamenti tərəfindən də bəyan edilib və hökumət şərtlər yerinə yetirildikdə hərəkətə keçməyə hazırdır. İtaliya bütün tərəfləri planın şərtlərinə hörmət etməyə və bu “sülh çırağı”nın təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Təbii ki, İtaliya üzərinə düşəni etməyə hazırdır”, – deyə C.Meloni qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə imzalanan 20 bəndlik planın bölgə üçün müsbət bir inkişaf olduğunu bildirib.

Meloni bu mühüm addımı mümkün edən diplomatik səylərə görə bütün vasitəçilərə dərin minnətdarlığını bildirib.

“Misir, Qətər və Türkiyə hökumətlərini, xüsusilə bu danılmaz uğura nail olmaq üçün fövqəladə enerji sərf edən Donald Trampı nəzərdə tuturam. Uzun müddətdən sonra Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün etibarlı bir imkan var, lakin vəziyyət hələ də kövrəkdir” – Meloni vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ramin Hacılı: “Bəxtiyar Hacıyevə qarşı işlətdiyim bu ifadəyə görə dövlət büdcəsinə 1500 manat köçürməliyəm”

redaktor

Makronun kralla şam yeməyində verdiyi hesab qalmaqal yaratdı – ŞOK MƏBLƏĞ

redaktor

Çavuşoğlu Pelenin vida mərasiminə qatıldı (FOTO)

admin