GündəmKriminalSiyasət

Fətullah Gülən söhbətinə bənzər olaylar !

Ölkədə hansı iri ranqlı məmur işindən azad edilibsə, heç zaman haqqında yazmamışam.
Əgər qılıncının iti vaxtı haqqında yazmağa ehtiyac duymamışamsa, kreslodan qopandan sonra da yazmağa lüzum yoxdur.

Azərbaycanda məmur əmr quludur ,aslıdır, icraçıdır və ən əsası , müddəti bitdikdən sonra qurban ediləcək şəxsdir.

Bu gün Ramiz Mehdiyevlə siyahı bitəsi deyil.
Ramiz Ənvəroviçə qarşı irəli sürülən ağır ittihamlar isə, mütəşəkkil xarakteristikaya malik maddələrdə əks olunur.

Əgər yaxın günlərdə irəli sürülən maddələr üzrə Ramiz Mehdiyevdən sonra siyahı uzanmasa, deməli bu cinayət işi “ŞOU” xarakteri daşıyır və gündəmi bir neçə günlük dəyişmək üçün əsas prioritetdir.

Həqiqətən proses doğruluğunu isbatlasa, hər iki cəbhədə bir neçə partiyanın sədr və funksionerlərinin , hazırda iqtidarın yüksək postlarında vəzifə tutan məmurlarının, generalların və s. başı dərddə olacaq.

Gülən camaatı – Mehdiyev camaatı.

Fətullah Gülən söhbətinə bənzər olaylar !

 

Ramin Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Lotu Qulinin “vuran əl”i İzmirdə tutuldu – VİDEO

redaktor

Daha bir jurnalist-blogerin həbs olunma riski. Səbəbə DİQQƏT yetirin!

admin

Amerikaya qarşı üçlü ittifaq formalaşıb.

admin