Azərbaycan dünyada demokratik idarəetmə formasını qəbul edən və qadınlara kişilərlə bərabər səsvermə imkanı yaradan ilk müsəlman ölkəsi oldu. Qeyd edim ki, ABŞ-da bu iki il sonra olmuşdu
Azərbaycanın paytaxtı Bakı şəhərində 1926-cı ildə SSRİ-də ilk elektrik qatarı fəaliyyətə başlamışdı.
Nobel Mükafat Fondu Alfred Nobelin Bakı nefti ilə qazandığı vəsaitlərdən yaranmışdı.
SSRİ-də kondisioner istehsal edən yeganə zavod Azərbaycanda yerləşirdi.
Ziya Bünyadov keçmiş Sovet İttifaqında yeganə akademik olan Sovet İttifaqı Qəhrəmanıdır ki, Böyük Vətən Müharibəsi illərində intizam batalyonuna (cərimə batalyonuna) komandirlik edib.
Müsəlman Şərqində ilk musiqili opera Bakıda səhnəyə qoyuldu – bu, “Leyli və Məcnun” operası idi. Həmçinin Azərbaycanda ilk dəfə olaraq musiqi konservatoriyası və sirk binası tikilib.
Dünya Armrestling Federasiyasının qərargahı burada, Azərbaycanda, Bakıda yerləşir. 60 üzv ölkə arasında keçirilən qlobal qol güləş yarışıdır.
Planetin ən güclü şahmatçılarının bir çoxu azərbaycanlıdır.
Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurdu.
Azərbaycan dünyada ən çox palçıq vulkanına malik ölkədir. Dünyadakı 800-dən çox palçıq vulkanının təxminən 350-si Azərbaycanın ərazisində yerləşir və onların çoxusu aktivdir.
Azərbaycanın Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və burada 40 mindən çox petroqlif qorunur.
Azərbaycan dünyada neft hasilatının sənaye üsulu ilə aparıldığı ilk ölkədir. 1846-cı ildə Bakının Bibiheybət yatağında dünyada ilk sənaye neft quyusu qazılıb.
Bakı şəhər dünyada ən alçaqda yerləşən paytaxt şəhəridir (-26 m)
