KriminalSiyasət

“Heydər Əliyev” ordeni ilə təltifi Prezidentin saytından çıxarılıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə “Heydər Əliyev” ordeninin təqdim olunması ilə bağlı məlumat prezidentin rəsmi saytından çıxarılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə məlumat səhifədə artıq yoxdur.

Qeyd edək ki, Prezident İlham Əliyev 2019-cu ilin oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.

Bu təqdimat Ramiz Mehdiyevin Prezident Administrasiyası rəhbəri vəzifəsindən istefaya göndərilməsindən sonra edilib.

Mümkündür ki, saytda bəzi texniki problemlərlə bağlı link açılmır. Sözügedən materiallar rəsmi dövlət agentliyi Azertag-ın səhifəsində qalır.

Xatırladaq ki, Ramiz Mehdiyevə dövlətə xəyanət ittihamı ilə cinayət işi açılıb.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri maddələri ilə ittiham edilir.

Qeyd edək ki, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

İstintaq Mehdiyevin yaşını nəzərə alaraq ibtidai istintaq müddətində onun ev dustaqlığı şəraitində saxlanılmasını uyğun hesab edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

D. Tramp: “Rusiya ataşkəsi qəsdən gecikdirir”

admin

Kritik gəlişmə: “Bundan sonra Blinken təcili Əliyevə zəng etdi” – Müsahibə

admin

“Mühafizəçi qız etiraf edib ki, dəfələrlə məhbus terrorçu ilə kamerada ikilikdə qalıb və…”

admin