CəmiyyətSiyasət

Gülmək və ağlamaq arasında qalan bu vəziyyət, bir dövrün simasızlarının necə rəzil duruma düşdüyünü göstərir.

Yenə gülmək və ağlamaq arasında tərəddüd edən vücudum qəribə durumda çox narahatdır. Bütün sabiq postlarını, titullarını saymağı lüzum bilmədən sadəcə adı və soyadını yazmaqla Ramiz Mehdiyev haqqında nə isə demək fikrim yoxdur.

Zatən ölkə vətəndaşları illərlə boğazlarında ilişib, qalmış hiddətini kifayət qədər ifadə edir. Hətta peşəkar hüquqşunaslar belə məhkəmənin qanuni hökmü qüvvəyə minməmiş onu cinayətkar elan edir. Əslində o, illərlə törətdiyi əməllərilə layiq olduğu haqqını alır. Burada təəccüblü heç nə yoxdur.

Təəccüblü olan, onun zamanla təyin eydiyi ziyanlı kadırların xalqdan, dövlətdən oğurladıqları milyardlarla vəsaiti həzmi-rabedən keçirənlərin Ramiz Mehdiyev haqqında dedikləridir. Vaxtı ilə ona  boz ya da rəngli kordinal ayaması qoşanlar elə öz təyin etdiyi deputalar, komitə sədrləri, icra hakimiyyəti başçıları idi. İndi də kürklərinə birə düşmüş zavallılar təki and-aman edirlər ki, bizim bəs onla nə əlaqəmiz. Bu sadəcə iyrənclikdir.

O tiplər mənim həmvətənim, təmsil etdiyim xalqın nümayədəsi olduğundan təəssüf edirəm. Açığını desəm iyrənirəm. Adam nə qədər simasız olar ki, belə rəzil duruma düşsün.
Ramiz Mehdiyevin təyinatlılarının antimilli əməllərinə onun qılıncının qəbzəsi də kəsən vaxt etiraz edənlər, haqsız yerə həbsxanalarda zillət çəkənlər heç bu gün danışmır, susur. Çünki indi Mehdiyevin zamanla çətri altında saxladığı adamları elə ucadan onun düşmən olmasını bağırır ki, yazıq zərərçəkmişlər məətəl qalır.

Ramiz Mehdiyevin havadarı olduğu nazir, təyin etdiyi başçı camaatdan zor tətbiq etməklə aldığı torpaqlarda ona peşkəş etmək üçün malikanə tikdirir. Dövlətdən, xalqdan oğurlamaqla, iş adamlarını soymaqla. Bu azmış kimi ekzotik görünsün, xoşuna gəlsin, təəccüblənsin deyə hədiyyə olunan malikanədə pələng saxladır.

Vəzifə səlahiyyətlərindən istifadə edərək tabeliyində olan rəhbər işçini cinayətə sürükləyir. Pələngləri yemləmk üçün ət tədarükünə görə yüklənən bədbəxt bələdiyyə sədri intihar yolunu seçir. Bütün bunlar xalqın təhlükəsizliyinə, milli hesiyyatının alçaldılmasına imkan verməməyə məsul olan qurumların gözü qarşısında baş verib. Özü də illərlə. İndi onlardan bəziləri sabiqlər, çoxları isə hələ iş başındadır.

Harınlıq, qudurğanlıq, cəzasızlıq, şəbəkə quldurluğu o həddə çatır ki, artıq dövlətçiliyə  meydan oxunur.

Mehdiyev illərlə dövlət təhlükəsizliyinin başında duran təhlükəli fiqur olduğunu faş edən neçə-neçə namuslu vətən oğlu zindanlarda çürüdülüb. O, elmə, təhsilə məqsədli şəkildə ziyan gətirib. Xalqın təhsilini kor qoymaqla əməllərinə susacaq nəsil yetişdirməyə cəhd edib. Təhsilimizin bu günkü bərbad vəziyyətində onun kifayət qədər əməyi var.

Bu soxa-soxda biri də çıxıb, utanıb-qızarmadan bəyan edir ki, bəs metroda rentabelliyi təmin etmək üçün gediş haqqını 1 manata qaldırmaq lazımdır.
Vallah, mübağiləsiz bilmirəm, gülüm yoxsa ağlayım.

 

Pərviz Yəhyalı

Tacxeber.com

Oxşar xəbərlər

Nazir keçmiş direktorunu “Aqroservis”ə sədr gətirdi

redaktor

“Hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” – Fuad Ələsgərov

redaktor

Putin seçkiqabağı görün nə etdi – Yeni fərman

redaktor