DünyaHadisə

Məmur 10 ildə 38 milyon dolları “buxarlandırdı”

ABŞ-ın Arizona ştatında baş verən maliyyə qalmaqalı yerli icra hakimiyyətinə inamı ciddi şəkildə sarsıdıb.

Santa Cruz County-də maliyyə işlərinə cavabdeh olan keçmiş vəzifəli şəxs Elizabeth Gutfahr dövlətin büdcəsindən 38 milyon dollardan çox vəsaiti mənimsədiyi üçün məhkum edilib.

İttihamlara görə, Qutfahr 2014-cü ildən 2024-cü ilədək dövr ərzində bu pulları saxta şirkətlər üzərindən müxtəlif hesablarına köçürüb. O, öz vəzifəsindən sui-istifadə edərək büdcə hesabatlarını saxtalaşdırıb, hesab balanslarını dəyişdirmədən əvvəlki ayın rəqəmlərini təkrarlayıb və uzun müddət bu sxemi gizlətməyə nail olub. Oğurlanmış pulların bir hissəsi daş-qaş, torpaq sahələri, bahalı avtomobillər və şəxsi ehtiyaclar üçün istifadə edilib.

Məhkəmə sənədlərində bildirilir ki, Qutfahr 10 il ərzində 187-dən çox bank köçürməsi ilə vəsaiti saxta qurumlara ötürüb. Həmin vəsait ictimai xidmətlər, o cümlədən məktəblər və yanğınsöndürmə idarələri üçün nəzərdə tutulmuşdu. Rio Rico Fire District bu fırıldaq nəticəsində təxminən 1.6 milyon dollar itirdiyini açıqlayıb.

2024-cü ilin noyabrında günahını etiraf edən Qutfahr 2025-ci ilin iyununda 10 il azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Bundan əlavə, ona üç illik nəzarətli azadlıq dövrü də verilib.

Hadisə ilə bağlı ştat auditoru Santa Cruz County rəhbərliyini nəzarət və yoxlama mexanizmlərində ciddi nöqsanlara yol verməkdə günahlandırıb. Rəsmi qurumlar bundan sonra oxşar hallar baş verməsin deyə nəzarət mexanizmlərinin gücləndiriləcəyini bildiriblər. (Valyuta.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Səfirlik Rusiyada saxlanılan azərbaycanlı vəkillə maraqlanırmı? – AÇIQLAMA

admin

Xankəndidən İrəvana iki gizli yol varmış

redaktor

Rusiya əsgərləri qırğına verir, çünki texnika bahadır – Forbes

redaktor