CəmiyyətİqtisadiyyatŞikayət

Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz.

Rəsmi məlumat:

“Gələn il Azərbaycanda 67 şəhər və rayondan cəmi 1-i öz xərclərini ödəyə bilməyəcək, başqa sözlə, ona dövlət büdcəsindən vəsait ayrılacaq. Məlumata görə, həmin rayon Xocavənddir. Onun yerli gəlirlərini və xərclərini tənzimləmək üçün 2026-cı ilin büdcəsində 847 min manat vəsait nəzərdə tutulub.

Beləliklə, 66 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri hesabına maliyyələşdirə biləcək”.

Bu yalan məlumatlar, yanlış hesabatlar kimə lazımdır axı?! Maliyyə nazirliyi, hökumət hansısa rayonun gəlirini, xərcini necə hesablayır?! Azərbaycanda vergi MƏRKƏZLƏŞDİRİLİB, bizdə yerli vergilər YOXDUR. Yaxşı, məsələn, Ağdam, və ya Zərdab öz xərcini necə ödəyir?! Xub, Ağdam və Zərdabın gəliri necə hesablanır?! Hansı indikatorlar var?!

Daha bir sual – məsələn, Ağdamda indi böyük quruculuq işləri gedir, hətta şəhər daxilində yollar çəkilir, binalar tikilir, sosial obyektlər inşa edilir və bunun üçün dövlət büdcəsindən vəsait ayrılır. Yaxşı, belədirsə, məsələn, “Ağdam şəhəri öz xərclərini ödəyir”, cümləsi nəyi ifadə edir? Hansı xərclərini ödəyir? Ödədiyi xərclər varsa, onun mənbəyini nə formalaşdırır?!

Bəsdirin da, olmaz axı, nə qədər mənasız işlərlə, kağız üzərində manipulyasiyalarla məşğul olacaqsınız?! Prezident tapşırıq vermişdi ki, yerli xərclər, yerli gəlirlərlə qarşılansın – yanaşması doğrudur, amma hökumət sadəcə kağız üzərində, yuxarıya xoş gəlmək üçün mexanizmi izah etmədən, güya, tapşırığı yerinə yetirdikləri görüntüsü yaratmaq istəyir. Belə “Potyomkin kəndləri” tikməklə hökumət hara qədər vəziyyəti gizlətməyə, problemləri “xalça altına süpürməyə” davam edəcək?!

Azərbaycanda Bakı və Abşerondan başqa heç bir rayon və şəhər öz xərclərini özü ödəyə bilməz – sadəcə həm də ona görə ki, heç bir rayon və şəhər ayrıca vergi yığmır, rüsumlar da MƏRKƏZLƏŞDİRİLİB. Tapşırığa əməl etmək istəyirsinizsə, bunun bircə yolu var – rayon və şəhərlərdə İcra Hakimiyyəti institutunun ləğvi, Bələdiyyələrin gücləndirilməsi, yerli büdcələrin yerli vergi, rüsum və ödənişlərlə formalaşdırılması (məsələn, parkinq, lisenziya, rüsum, nəqliyyat və s.) , sonra da hesab-kitabı ortalığa tökməklə, hansı rayonun və şəhərin nə qədər gəliri və xərcləri olduğunu, bu gəlirin onun xərclərini qarşılayıb-qarşılamadığını söyləmək mümkündür. İndiki sitemdə belə xəbərlər, sadəcə, gözdən pərdə asmaq, fəaliyyət görüntüsü yaratmaqdır…

 

Natiq Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Vətəndaş cəmiyyəti nümayəndələri “Abzas Media” ilə bağlı bəyanat yayıb

admin

Bakıdan separatçılara siyahı: onları bizə verəcəksiniz – Erməni nəşri

redaktor

Nərimanovun icra başçısı OLİQARX İMİŞ… – İLGİNC FAKTLAR…

redaktor