DünyaMuharibəSiyasət

Paşinyan: “1 il 7 aydır sərhəddə bir güllə belə atılmayıb — bu, sülhdür”

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan öz tarixində tamamilə yeni bir mərhələyə qədəm qoyub.

Tacxeber.com xəbər verir ki, onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması faktı ilə əlaqədardır.

“Avqustun 8-i uzunmüddətli bir prosesin zirvəsidir. Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. Bu, tariximizin yeni mərhələsidir”, – deyə Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının 7-ci qurultayında çıxışı zamanı bildirib.
Baş nazirin sözlərinə görə, artıq 1 il 7 aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində heç bir hərbçi nə həlak olub, nə də yaralanıb.

“Müstəqillikdən bəri biz belə bir dövr yaşamamışıq ki, 1 il 7 ay ərzində sərhəd atışmalarında bir nəfər əsgər belə həlak olmasın və ya yaralanmasın. Bu, sülhdür, ya da sülh dediyimiz budur. Bizim siyasi məqsədimiz çox sadədir: elə etmək ki, bu 1 il 7 ay 2 il 7 aya, 3 il 7 aya, 5 il 7 aya, 50 il 7 aya çevrilsin və Ermənistanın bütün sərhədlərinə şamil olunsun”, – deyə Paşinyan vurğulayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Sabah külək güclənəcək, intensiv yağış yağacaq – XƏBƏRDARLIQ

redaktor

“Kameraları söndürün, İran izləyir” – İsraildən ŞOK XƏBƏRDARLIQ

redaktor

Zelenski – “İran Rusiyaya daha 250 dron tədarük edib”

redaktor