GündəmSiyasət

Azərbaycanın ortasındakı YAP adlı zibillik…

“APA”nın Ramiz Mehdiyev haqqında təqdim etdiyi məqalənin müəllifi bəlli deyil. İsmi pünhan saxlanan müəllif heç şübhəsiz ki, Prezident Aparatında oturur. Bəlli ünvandan gələn sifarişin icraçısıdır. Maraqlıdır ki, müəllif Ramiz Mehdiyevi vurmaq üçün yazının barıtın çox edib. Məsələn, məqalədə oxuyuruq: “Ətrafına yığdığı deputatlar, elm adamları vasitəsilə özünü “ideoloq”, “siyasətçi”, “dövlət adamı”, “filosof” kimi təqdim etməyə çalıssa da, Ramiz Mehdiyev heç vaxt buna nail ola bilmədi”. Necə yəni nail ola bilmədi? Bu boyda zarafat olar? Ramiz Mehdiyev bütün istəklərinə nail oldu. Özü də ən yüksək səviyyədə. Adam 25 il (1995-2019) Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. İyerarxiya baxımından ölkədə ikinci adamı sayılıb. Nailiyyət necə olur ki? Bundan böyük karyera ola bilərmi? Və müəllif belə birisini “diletant” adlandırır. Yalan-palanın da bir həddi olmalıdır.

Məqalədə Ramiz Mehdiyevə “ata” və “böyük şəxsiyyət” deyənlərin adları sadalanır. Aydındır ki, adıçəkilənləri sıradan çıxaracaqlar. Sözüm onda deyil…

Mənə görə, Ramiz Mehdiyev bu sistemin yetişdirdiyi ən parlaq siyasi fiqurlardan biridir. Bəli, YAP-çıların böyük əksəriyyəti ona yaltaqlanıb, ona ata deyənlər də çox olub. Niyəsi də məlumdur. Uzun müddət yüksək vəzifələrə təyinatı da, deputat mandatını da Ramiz Mehdiyev paylayıb. Sonra bu işə Mehriban Əliyeva əl qoyub. Bununla da Ramiz Mehdiyevin kitabı yavaş-yavaş bağlanıb…

Mahiyyətdə yaltaqlanmaq Sovet dövründən qalma bir mərəzdir. YAP o mərəzin Azərbaycandan intişar tapması üçün əlindən gələni edib. Bəli, Ramiz Mehdiyevə yaltaqlananlar çox olub. Ancaq Ramiz Mehdiyev də bu vəzifəyə yaltaqlana-yaltaqlana gəlib. Məsələn, Əbdürrəhman Vəzirovun göstərişi ilə o, Heydər Əliyevin əleyhinə danışıb. Bunu bilə-bilə Heydər Əliyev Ramiz Mehdiyevi yuxarı başa keçirib…

Belə bir davranış o vaxtlar məqbul sayılırdı. Heydər Əliyev özü də bu sistemin yetirməsi idi. O da Sovet dövründə SSRİ rəhbərlərinin ünvanına o qədər mədhiyyələr söyləyib ki. Məsələn, Leonid İliç Brejnev 1964-1982 SSRİ-nin rəhbəri olub. Heydər Əliyev onun rəhbərliyi altında Azərbaycanı 14 il idarə edib. Leonid İliç Brejnev də heç şübhəsiz ki, özündən əvvəlkiləri tərifləyə-tərifləyə yuxarı başa keçmişdi. Bir daha deyirəm. Bu, sistemin mahiyyətindən doğan bir davranış idi. Ramiz Mehdiyev də gözün açandan elə görmüşdü. Ona yaltaqlananlar da bu yolun nə qədər səmərə verdiyinin dəfələrlə şahidi olmuşdu.

Azərbaycanda vəzifəyə gəlmək üçün kiməsə yaltaqlanmayan yeganə adam İlham Əliyevdir. Niyə? Çünki o, siyasətə gətiriləndə onun atası artıq Azərbaycanın rəhbəri idi. Yəni onun kiməsə yaltaqlanması absurd olardı…

Sözümün canı o ki, YAP-ın Sovetdən qalmış siyasətində yaltaqlıq son dərəcə önəmli bir komponentdir. Bunsuz YAP mövcud ola bilməz. Ümumiyyətlə, YAP ən murdar dəyərlərə sahib çıxan partiyadır. Məsələn, yerlibazlıq, regionçuluq, qohumbazlıq, oğurluq, xalq malınının kütləvi talanı, seçkini sxtalaşdırmaq, siyasi opponentlərini şərləyib həbs etdirmək, medianı sudurmaq…

Ona görə mən yazıram ki, söhbət təkcə Ramiz Mehdiyevdən getməməlidir. YAP-ın sahib olduğu bu murdar sistemi de-montaj etmək lazımdır. Ancaq indi Azərbaycanda baş verənlərin mahiyyəti tam fərqlidir. İqtidar vidalaşmaq istədiyi adamları Ramiz Mehdiyev faktoru üzərindən neytrallaşdırmaq fikrindədir. Əminəm ki, buna da nail olacaq.

Yaltaqlıq, ikiüzlülük, riyakarlıq, əclaflıq… hamısı nəyinki davam edəcək, hətta daha da şiddətlənəcək. Ona görə deyirəm ki, YAP-ı və mövcud sistemi kökündən dəyişmək lazımdır. Heç bir mədəni millət belə vəhşi dəyərlərə söykənən partiyanı iqtidarda saxlamaz.

Ruslarda belə bir deyim var: Ураган минует, а мусор остается. Yəni qasırğa ötüb keçəcək, zibil isə yerində qalacaq. Məncə, Azərbaycanı başına alan bu YAP adlı zibili ortadan götürmək lazımdır. Bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün seçkdir: deputat olmaq arzusunda olanların tam siyahısı

admin

Putinə qalib gəlməyi xəyal belə etmirəm, çünki… – Slutski

redaktor

İsrailin casus proqramı ilə jurnalist və fəalların “WhatsApp”ını sındırmaq istəyiblər.

admin