Səudiyyə Ərəbistanı İslamın doğulduğu yerdir, dünyanın ən mühüm müsəlman şəhərlərindən ikisi – Məkkə və Mədinə buradadır. Əhalisi 32 mln nəfər, sahəsi isə 2,14 milyon kvadrat km-dən çoxdur. Rəsmi adı Səudiyyə Ərəbistanı Krallığıdır. Ölkə 1932-ci ilin sentyabrında İbn Səud tərəfindən qurulmuşdur ona görə də Səudiyyə Ərəbistanı adlanır.
– Səudiyyə Ərəbistanında neft ilk dəfə 1938-ci ildə 1440 metr dərinlikdəki Dammam yatağında tapılıb. Bu gün ölkə dünyanın təsdiqlənmiş neft ehtiyatlarının təxminən 17%-nə malikdir. Əgər bütün neft ehtiyatı çıxarılsa təxminən 34 trln dollar pul edər.
– Sosial islahatlara baxmayaraq bu ölkədə qanunlar hələ də qadınların hüquqlarını məhdudlaşdırır.
Vəliəhd Məhəmməd bin Salman bu Yaxın Şərq ölkəsini modernləşdirmək üçün geniş islahatlar həyata keçirib. Bunlara qadınlara vəlinin (kişi qəyyumun) icazəsi olmadan öz pasportlarını almaq, xaricə səyahət etmək və müstəqil yaşamaq hüququnun verilməsi daxildir.
– Amma ölkə hələ də qadınların gündəlik həyatının bir çox sahələrini məhdudlaşdırır. Dünya İqtisadi Forumunun 2021 Qlobal Gender Fərqi hesabatına görə, Səudiyyə Ərəbistanı dünyada qadın hüquqlarının aşağı reytinqli on ölkəsi sırasındadır. Qadınlar biznes qurmaq, evlənmək və ya abort etmək üçün kişilərdən icazə almalıdır. Səudiyyəli qadınların 2012-ci ilə qədər Olimpiadada iştirakına icazə verilmirdi. 2018-ci ilə qədər Səudiyyə Ərəbistanı dünyada qadınların qanuni olaraq avtomobil idarə edə bilmədiyi yeganə ölkə idi. Qanun 2018-ci ildə seçki kampaniyasından sonra dəyişdirildi. Səudiyyə qadınları ərinin, qardaşının və ya atasının icazəsi olmadan həkimə müraciət edə bilməzlər. Krallığın qanunlarına görə, bir kişinin şahidliyi 2 qadının şahidliyinə bərabərdir.
– Səudiyyə Ərəbistanında oğurluğa görə hələ də əlin kəsilməsi cəzası var. Ölüm cəzası həm də qatillər, küfr edənlər, zina edənlər, falçılar və sehrbazlar üçün nəzərdə tutulub.
– Edamların əksəriyyəti baş kəsməklə həyata keçirilir. Cəlladlar ənənəvi qılıncdan istifadə edirlər. Səudiyyə Ərəbistanında edamı icra etmək şərəfli peşə sayılır, ölkədə hələ də bir neçə cəllad sülaləsi var və bu bacarıq miras qalır. Lakin son vaxtlar cəlladların çatışmazlığı səbəbindən dövlət alternativ edam üsullarını nəzərdən keçirməyə başlayıb. Edamlar məscidlərdə, meydanlarda camahatın gözü qarşısında həyata keçirilir və çəkilir televiziyada göstərilir. Ər-Riyadın mərkəzindəki Diera Meydanı edam yeridir.
– Mədinədə ən-Nəbəvi məscidinin içərisində Məhəmməd peyğəmbərin qəbri var. Onun yanında ilk iki xəlifə Əbu Bəkr və Ömər dəfn olunub, o biri tərəfdə isə başqa bir boş qəbir var. Bir çox müsəlmanlar və Quran təfsirçiləri bunun Dəccalı öldürmək üçün Yerə qayıdacaq və sonra 40 il padşahlıq edəcək İsa üçün nəzərdə tutulduğuna inanırlar.
– Qeyd edək ki, Səudiyyə Ərəbistanı Baham adaları, Maldiv adaları və Nauru adası da daxil olmaqla dünyanın çayları olmayan 17 ölkəsi siyahısına daxildir.
– Yeri gəlmişkən, bu, Lixtenşteyn Knyazlığı və İordaniya Haşimilər Krallığı ilə birlikdə hakim sülalənin (Səudiyyəlilər) şərəfinə adı verilən dünyada üç ölkədən biridir.
– Dünyanın ən böyük neft şirkəti – ARAMCO (Saudi Arabian Oil Company) bu ölkəyə məxsusdur. Şirkətin illik gəliri yüz milyardlarla dollara çatır və ölkə iqtisadiyyatının təməlini təşkil edir.
Ölkənin qərbində Hicaz dağları, cənub-qərbində isə Asir dağ silsiləsi yerləşir. Bu dağlar Qırmızı dəniz boyunca uzanır və hündürlüyü 3000 metrə qədər çatır (ən yüksək nöqtə — Cabal Savda, 3133 m).
– Səudiyyə Ərəbistanının təxminən 95%-i səhralardan ibarətdir. Ən böyük səhrası Rub əl-Xali (Boş Diyar) — dünyanın ən iri qum səhralarından biridir. Bəzi yerlərində qum təpələri 250 m hündürlüyə çatır.
– Şimal-mərkəzi hissədə yerləşən Nəcd yaylası ölkənin əsas daxili bölgəsidir və burada paytaxt Ər-Riyad yerləşir. Yaylada iqlim kəskin kontinentaldır: gündüzlər +45 °C, gecələr isə +10 °C-yə qədər enə bilər.