Cəmiyyətİqtisadiyyat

Atın 1-ni bu ölkəyə 443 manata satmışıq

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 1 439 ədəd ətlik və digər diri at ixrac olunub.

Tacxeber.com Valyuta.az-a istinadənxəbər verir ki, bu ixracdan ümumilikdə 297 min 370 ABŞ dolları (təxminən 505 min manat) məbləğində gəlir əldə olunub. Hesabat dövründə bir baş atın orta ixrac qiyməti 207 dollar və ya 351 manat təşkil edib.

İxrac olunan atların 465-i Qazaxıstana, 454-ü Qırğızıstana, 441-i Özbəkistana və 79-u Türkiyəyə satılıb.

Ölkələr üzrə əldə olunan ixrac gəlirləri isə aşağıdakı kimi qeydə alınıb:

Qazaxıstan – 93 000 ABŞ dolları

Qırğızıstan – 90 800 ABŞ dolları

Özbəkistan – 93 000 ABŞ dolları

Türkiyə – 20 570 ABŞ dolları

Satılan atların bir başının orta gömrük dəyəri isə bu ölkələr üzrə fərqli olub:

Qazaxıstan – 200 ABŞ dolları (340 manat)

Qırğızıstan – 200 ABŞ dolları (340 manat)

Özbəkistan – 211 ABŞ dolları (359 manat)

Türkiyə – 260 ABŞ dolları (443 manat)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Agentlik: “Azərbaycanda doğuş və qeysəriyyə əməliyyatı ödənişsizdir”

redaktor

Rusiya azərbaycanlılar üçün yeni məhdudiyyətlər tətbiq edir

redaktor

Məni döyən oğlanın gərək 7 başı olsun” – Lənbəranski

admin