DünyaGündəmSiyasət

Zakir Qaralovun şirkətləri “qara siyahı”ya salındı

Azərbaycanın keçmiş baş prokuroru Zakir Qaralovun şirkətləri “qara siyahı”ya düşüb.

“Akkord” Şirkətlər Qrupuna daxil olan iki şirkət riskli vergi ödəyiciləri siyahısına salınıb.

Söhbət “Akkord Qum” MMC və “Akkordian Traden” MMC-dən gedir.

“Akkordian Traden”-in hazırda 110 min manatdan çox vergi borcu var.

Bundan əlavə, qrupa daxil olan daha bir qurumun — “Akkord Hidrotexniki Tikinti Şirkəti”-nin də vergi orqanları qarşısında külli miqdarda borcu var: bu borcun məbləği 1 milyon 194 min manat təşkil edir.

Bundan başqa, şirkətlər Vergi Məcəlləsinin tələb etdiyi kimi, vergi hesabatlarını və ya onu əvəz edən arayışları vaxtında təqdim etmədiklərinə görə dəfələrlə cərimələnib.

“Akkord” Şirkətlər Qrupu Azərbaycanın keçmiş baş prokuroru Zakir Qaralova məxsusdur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Dəniz sahilindəki evini 23 milyon dollara satır

redaktor

Vəfat edən Çimnazın qonşusu danışdı – Tək yaşayırdı, bir dəfə səs gəldi ki…

redaktor

Crocus City Hall bu banka girov qoyulub

redaktor