Dünən qəflətən D. Trampla V. Putinin telefon danışığı olub. Moskva təsdiq edir ki, danışığa təşəbbüs Putindən gəlib. Görünür ki, Trampın və ABŞ-ın müdafiə nazirinin Rusiyanı sonuncu kəskin xəbərdarlığı, və “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi üzrə V. Zelenskinin ABŞ-a səfərinə bir gün qalmış Putin bu real təhlükəni görüb, vəziyyəti düzəltmək istəyir. Eynilə, ötən dəfə Trampın Rusiyaya qarşı sərt sanksiyaları tətbiq etməsinə 2 gün qalmış, Putinin onunla əlaqəyə çıxıb, Alyaska görüşü ilə dayandırmış.
D.Tramp V. Putinlə iki saat davam edən telefon danışığından sonra, mediaya bunları açıqlayıb:
Qərara gəliblər ki, iki həftə sonra Budapeşt (Macarıstan) şəhərində görüşsünlər. Bundan öncə isə ABŞ və Rusiya gələn həftə ilk olaraq məsləhət səviyyəsində görüş təşkil edəcək. Vaşinqton Rubionu Rusiya Lavrovu təqdim edəcək və yer daha dəqiq müəyyən ediləcək;
Prezidentlərin söhbəti məhsuldar keçdi və əhəmiyyətli irəliləyiş əldə edilib; Tramp Ukrayna böhranının həllinə kömək etməyə tam sadiqdir;
ABŞ prezidenti ümid edir ki, Yaxın Şərqdəki uğur Ukraynada münaqişənin sona yetməsinə kömək edəcək;
Söhbət zamanı Ukrayna böhranı həllindın sonra Rusiya ilə ABŞ arasında ticarətin necə olacağı məsələləri də geniş müzakirə olunub
Bu gün Zelenski ilə görüşdə Tramp Putinlə olan söhbətini hərtərəfli müzakirə edəcək.
Tramp bildirib ki, “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi barədə hələ düşünəcək, çünki, ‘bu raketlər ABŞ-ın özünə də lazımdır”.
Nə nəticə çıxır?
– Putin, nə qədər desə də ki, heç kim və nədən çəkinmir, güclüdür, artıq 2-ci dəfədir geri verir, “Tomaqavk” güclü raketlərin Ukraynaya verilib Rusiyanı tamam sarsıda biləcəyini real görüb.
– Görünür ki, Putin Trampla söhbətdə əvvəllər qəti razı olmadığı güzəştlərə gedib. Trampın dediyi kimi danışıq məhsuldar irəliləyişıi olub. Əks halda, Trampla belə təcili görüşün mənası olmazdı və həm də “Tomaqavk”lar söhbəti şərti və müvəqqəti olaraq dayandırılmazdı.
– Görünür ki, Tramp bu münaqişəni Qəzzadakı münaqişə kimi, konkret və öz bildiyi kimi, həm gözlənilməz halda birdən-birə, həm də təbii ki, Ukraynanın xeyrinə bitirəcək… Necə ki, İsrailin xeyrinə bitirdi, Türkiyə və Ərəbləri imzalatdırıb. Təbii, Türkiyə və Ərəblərə digər xeyirli şərtlərlə.
– Və münaqişə artıq tam görünür ki, Rusiyanın, Putinin uduzması ilə bitəcək. Rusiyanın gücü azalır, ABŞ-ın, Ukraynanın gücü artır. Zelenski və Ukrayna xalqı Rusiyaya torpaq verməyəcək. Müşahidəmlə görürəm ki, Tramp Putinə başqa cür, onu işə cəlb üçün göstərsə də, Ukraynaya tam tərəfkeşli və dəstəklidir. Eynilə, İsrail kimi.
– Tramp Putinlə oyundadır, Putin isə, çox zəif kartla. Və oyun nə qədər uzanırsa, Tramp udur, çünki, Tramp güclüdür, ABŞ resursu, imkanları çoxdur. Putinisə, arxa-resurssuz, günü-gündən yorulur, halsızlaşır. Bu oyunda, təcrübəli “delets” olan Tramp Putini balina kimi udacaq, Ukrayna savaşında, həm Putinlə gələcək ticarət-iqtisadi münasibətlərdə. Rusiyada işlər görüb, çöküşlü, çıxılmaz iqtisadiyyatını da ələ alıb, yönəldərək.
P. S.
Trampın Putinlə telefon danışığından sonra birdən-birə jurnalistlərə “Tomaqavk” özümüzə lazımdır” deyə bəyan etməsi, siyasi manevrdir, həm Putini danışıqlara həvəsləndirməsi, həm də ona xəbərdarlıq üçün ki, hələ ki, saxlayıram bu addımı, “görüm bir, özünü necə aparırsan!”.
Və qaldı ki, AB və Kiyevi narahat edən cəhət ki, Macarıstanda niyə keçirilir, zənnimcə bu “xod” gedişlərlə yəqin ki. Tramp Orbanı da hərləyib, təsirinə salacaq, hətta Putinə qarşı qoymaqla. Necə ki, Çində Putin və Su Tsin Pin ilə yanaşı dayanan Hindistan lideri Madonu, sonra təsiri altına alib, axır Rusiya neftindən imtina etdirdi.
