CəmiyyətHadisə

Saxta həkim ifşa olundu

Bədən şəkilləndirmə əməliyyatı etdirmək istəyən Cəmalə Rüstəmova həkim savadsızlığının qurbanı olub.

O, TikTok-da gördüyü reklama aldanaraq münasib qiymətə – 400 manata əməliyyat üçün Xəyalə İsmayılovanın klinikasına müraciət edib. Bir müddət sonra isə bədənində ciddi fəsadlar yaranır və çürümələr müşahidə olunub.

Zərərcəkən Bakı şəhər prokurorluğuna və Səhiyyə Nazirliyinə müraciət edib. Nəticədə Xəyalə İsmayılovanın rəhbərlik etdiyi klinika bağlanıb.

Lakin buna baxmayaraq, Xəyalə İsmayılova qeyri-qanuni fəaliyyətini davam etdirərək TikTok vasitəsilə pasiyent toplayır və Bakıxanov qəsəbəsində yerləşən “Nova Med” Tibb Mərkəzində əməliyyatlar həyata keçirir.(Milli.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

KTMT parçalanır

admin