KriminalSiyasət

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılır-AÇIQLAMA

“Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyü məsələsinə baxılır“.

Bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

“Biz də son hadisələrə təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq”, – deyə İsa Həbibbəyli bildirib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə AMEA-nın prezidenti olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

“İlham Əliyev Qafqazın şərəfini qorudu və…” -Mixail Saakaşvili

redaktor

Ermənistan Prezidenti: “Məqsədimiz yaxın vaxtlarda Azərbaycanla sülh sazişi imzalamaqdır”

redaktor

İsrail ordusu İranın ballistik raket hücumuna cavab hazırlayır: “AĞIR OLACAQ…”

admin