14 C
Bakı
07 Noyabr 2025 19:10
DünyaSiyasət

Putin haqlı deyil deməyin, çünki o, bizi bizdən yaxşı görür.

Rusiya prezidenti Vladimir Putinin “Azərbaycan rusdilli ölkədir” deməsinə etiraz edənlərə cavab:
– Məgər  bu belə  deyil?
Azərbaycanın üzdə olan adamları, elita sayıla biləcək bütün insanları rus dilli deyil ki? Nazirlərimiz, baş nazirimiz, detektiv yazandan tutmuş milli məclisdə oturanlara qədər.
Özünüz gözəl bilirsiz. Saymaqla qurtarmaz. Hamısı rus dilli deyil ki?

Bu gün mənim nəvəm rus sektoruna gedir. Mən övladıma milli düşüncədən, vətənpərvərlikdən, Turandan danışanda, onlar da mənə deyir ki, ata, sən dediklərin dəyərlərlə  Bakıda  işə düzəlmək olmur.
İşə götürənlər rus dilini şərt kimi tələb edirlər.

Hətta övladlarım məni fakt qarşısında qoyaraq, məni qınayırlar ki, sən o vaxt niyə  bizi rus sektorunda yox, Azərbaycan  sektorunrda oxutdun?
Sənin türkçülük ideyalarının ucbatından biz bu gün də əziyyət çəkirik.

Azərbaycanda nüfuzlu, pullu, pristijli işlərdə işləmək üçün bizim rus sektorunu bitirməyimiz vacib imiş..
Odur ki, sən nəvənin adını Paşa da qoysan,  toylarda “Gizir oğlu Mustafa bəy” havasına oynasan da, Paşa bu gün rus havasına oynamağa məcburdur.
Bu  bir reallıqdır. Bunu qəbul et.
Həm də incimə, ata.
Barış bu həqiqətlə…
Təbii ki, həzm edə bilməsəm də övladlarımın
haqlı olduğunun fərqindəyəm.
Belə də ki, Putin gedib Azərbaycanın ucqar kəndi olan Ağusəm kəndində  sorğu keçirməyib ki..
Putin və Putin hakimiyyəti görür ki, Azərbaycanı təmsil edənlərin hamısı dünyaya, xüsusilə Rusiyaya rus diliylə çıxır.
Tak çto, bu məqamda cənab  Putin haqlı. Düzəlişi Putinin çıxışında yox, özümüzdə etməliyik, cənablar.

 

Sabir Zəkullaoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Çinin sirli raketi: ABŞ təyyarələri təhlükədə…

redaktor

İranın Azərbaycan sərhədindəki yeni sistemi nəyə xidmət edir? – FOTO – VİDEO

redaktor

Ukraynada daha bir şok: Baş Qərargah rəisi yararsız çıxdı

redaktor