Fələstin, Qəzza mövzsunda İsraili qınqamqdan, təhdid etməkdən çəkinməyən məhəllə qoçularının Donald Trampa etiraz etmək bir yana, Ağ Ev sahibini tənqid etməyə cürətləri yoxdur.
HƏMAS-ın Qəzzada xəyanətkar saydığı insanları öldürməsini şərh edən Donald Tramp deyib ki, HƏMAS Qəzzada insanları öldürməyi dayandırmasa, bizim də gedib onları öldürməkdən başqa yolumuz qalmayacaq.
Son iki ildə İsraili hər addımda sərt tənqid və təhdid edənlər Trampın bu açıqlamasına fikir bildirməkdən yayınırlar. Çünki, dünya jandarmı yenidən qayıda biləcəyini nümayiş etdirməyə başlayıb. Sovet İttifaqının dağılmasından sonra, Corc Buş (ata) dönəmindən başlayaraq ABŞ dünaya jandarmı rolundan imtina etməyə başladı. Bu proses Trampın birinci prezidentlik dönəmində də, ondan sonra Baydenin hakimiyyəti zamanı da davam etdi. Hətta Tramp 2018-ci ildə ABŞ-ın dünya jandarmı olmayacağını, bu yükün tamamilə ABŞ-ın üzərinə düşməsinin ədalətslik olduğunu bəyan etmişdi.
Bu səhvlərin nəticəsi olaraq Rusiya, İran və Çin kimi ölkələr özlərindən zəiflər üçün təhdidə çevrildilər. Corc Buşla başlayan səhv siyasətin nəticəsi olaraq məzhəb fərqinə və ümumiyyətlə fərqli dini görüşə malik olanları öldürmək hüquqana malik olduğunu düşünən, bunu həyata keçirən və özlərini Allahın yerdəki ordusu, nəzarəticisi hesab edən xəstə insan sürüləri meydana çıxdı. Halbuki, ABŞ Franklin Ruzveltlə başlayan dünya jandarma missiyasını davam etdirsəydi, Rusiya, İran və Çin kiçik ölkələr üçün təhdid mənbəyinə çevrilə bilməz, özlərini Allahın ordusu, nəzarətçisi hesab edənlər regional təhlükəyə çevrilə bilməzdilər.
Hər bir cəmiyyətdə asayişi təmin etmək üçün polisə (jandarma) ehtiyac olduğu kimi, dünyada sülhü və sabitliyi təmin etmək üçün dünya jandarmına ehtiyac var. Toplumlar polissiz yaşaya bilmədiyi kimi, dövlətlər də dünya jandarma olmadan dinc yanaşı yaşaya bilmirlər.
ABŞ hələlik dünya jandarmı missiyasını bərpa etməyib. Lakin Donald Trampın Rusiya, Çin, İran və HƏMAS-a qarşı ritorikasını bir qədər sərtləşdirməsi yetərli olub ki, siyasi liderlər özlərini məhəllə qoçusu kimi deyil, dövlət başçısı kimi aparmağa başlasınlar. Aydın görünür ki, bəşər övladı polisin qorxusu olmadan harmoniya içərisində yaşayacaq səviyyədə kamilləşməyib. Dövlətlər də dünya jandarmı olmadan dinc yanaaşı yaşaya bilmirlər. Acıdır, amma gerçəklik belədir.
