CəmiyyətSiyasət

Bir-birini didən müxalifət xalqın fürsətini əldən verir

Bizim müxalifət deyir ki, İlham Əliyev, sən bizdən qorxursan. Qorxmasan, Azərbaycanda demokratik mühit yaradarsan. Yarat, gör biz sənin başına nə oyun açırıq. Yarada bilməzsən, çünki bizdən qorxursan…

Bizim müxalifət təxminən bu ağıldadır. Bu, bilirsiz nəyə bənzəyir? “O olmasın, bu olsun” filmində qoçuların xorla “aç qapını, gələk səni öldürək” oxumasına.

Bizim müxalifət papağını qabağına qoyub fikirləşmir. Heç Balaş qədər də deyillər. “Gör, nə günlərə qaldın, Balaş…” da demirlər…

Nəyə iqtidar müxalifəti siyasi meydandan sıxışdırıb dərənin dibinə atıb? Vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır?..

Azərbaycan saysız-hesabsız problemlərin içində can verir. Xalq arasında ciddi narazılıq var. Bizim müxalifət isə belə bir münbit şəraitdən istifadə edə bilmir. 30 ildir ki, bir-birlərini didməklə məşğuldurlar…

Xalqdan da inciyirlər ki, niyə müxalifətə dəstək vermir? Hərənizin ağzından bir avaz gəlir. Kimə dəstək versinlər ki? Öz aranızda bir araya gəlin, anlaşın, bir-birinizə qucaq açın.

İt ilində bir ilə yaxın iqtiddarda olublar. Hələ də o vaxtın “razborka”sı gedir…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Trampla görüş üçün Zelenskinin kostyumunu kim tikib?

redaktor

Fransanın daha bir Qarabağ həyasızlığı, Qorboçovun şok arxiv VİDEOSU

redaktor

Pilotun qızı: “Atam əsl qəhrəmanın necə olduğunu sübuta yetirib”

redaktor