Ustadına kəm baxan, digərlərinə necə baxar?
“Hökumət” bir Ramizlə ondan artıq dovşan vurmaq qərarına gəlib.
Bizdə bir yaxşı atalar sözü var: “Bir dəli çaya bir daş atdı, on ağıllı yığışdı, amma o daşı sudan çıxara bilmədi.”
İndi Ramiz Mehdiyev ətrafında baş sındırılan versiyalar, yayılan söz-söhbətlər də həmin məsəli xatırladır.
Ramiz artıq bir ayağı haqq dünyasında, bir ayağı isə topladığı milyardların içində olan adamdır.
İlham Əliyev Qarabağda müharibə gedən illərdə Moskvada kurta satıb alver edən vaxtlarında biznesdə uğur qazana bilmədiyi üçün tez-tez cibindəki pulun azlığından depressiyaya düşən adamdır. Bu hal onda uzunmüddətli psixoloji gərginlik yaratdığı üçün, nəticədə onda pula qarşı dərin bir hərislik hissi formalaşdırıb.
Sonradan Ramiz Mehdiyevin köməkliyi və “müəllimliyi” ilə hakimiyyətə gətirilsə də, İlham Əliyevin pula olan bu hərisliyi zamanla onu ustadına da kəm baxmağa vadar etdi. Diktatorlar sonda elə bir mərhələyə çatırlar ki, hər şeyə saymazyana yanaşıb, gözlərinə dolan qan onları varoluşa sərxoş bir düşüncə ilə baxmağa məcbur edir.
Bu adamlar üçün pulu olan hər kəs potensial təhlükədir. Ona görə də ətrafında varlı, nüfuzlu şəxslər istəmirlər.
23 ildir kürsüdə olan Əliyev xalqın payına düşməli olan pulları nəinki xalqla bölüşmür, əksinə, hər gün qiymət artımları ilə, az miqdarda olan iş yerlərini bağlamaqla, insanların onsuz da ağır vəziyyətini daha da dözülməz hala gətirir. Sanki bundan zövq alır.
Buradan dərs çıxartmalı iki əsas sosial qrup var.
1-ci Azərbaycan xalqı. Onların sayı 10 milyina yaxındır. Birləşsələr, 10 ABŞ ordusu da gəlsə, qarşısına çıxa bilməz, nəyinki 30 minlik mitinq görəndə şamaxılı analardan şəxsən məktub toplayan Əliyev.
2-ci sosial qrup isə, onlara daha çox oliqarxiya da deyə bilərik, İlham Əliyevin xeyir-duası ilə var-dövlət, sərvət toplayan adamlar. İnanın ki, ustadına kəm baxan adam, sizə neyləməz və neyləməyəcək?!
Onun üçün də əl-əl verib, ölkədə azad, demokratik, hüquqi bir dövlət yaratmaq lazımdır ki, hər kəsin həyatı, mülkiyyəti, hüquqları qarantiya altında olsun.
Yoxsa hamınızı minəcəklər. Təbii ki, söhbət pullu oliqarxlardan gedir.
