Mao 1949-cu ildə Çində hakimiyyətə gəldi. Sovet İttifaqının yaydığı mənfur komunist rejimini böyük Çində tətbiq etməyə çalışdı.
Bütün digər siyasi təşkilatların fəaliyyətini qadağan etdi, mülkədarların çoxunu öldürdü, qalanlarını isə müflis qoydu, bazar iqtisadiyyatını ləğv elədi, kəndliləri kollektivləşdirmək məqsədi ilə iri kommunalara topladı. Əmək haqqı üçün xüsusi “əmək günləri” təsis etdi. Bir sözlə Mao ölkəni bir ferma halına gətirib sənayeləşmə ilə ABŞ və Ingiltərəni keçəcəyini düşünürdü.
Tarixdə “Böyük Sıçrayış” adı verilən bu islahatların nəticəsi Çinə üçün inanılmaz qan və dəhşətdən başqa heç nə vermədi. Bütün kəndliləri kommunalara yığan bu cani düşünürdü ki, kollektiv əmək ilə o buğda və düyü istehsalından bütün dünyanı ötüb keçəcək.
Sərçələrin kütləvi məhvi ilə Mao elə fikirləşirdi ki, taxıl istehsalı daha da çoxalacaq, hətta hər bir sərçənin bir ildə yediyi buğdanı hesablanmışdı.
1958-ci ildə ikinci beşillik plana görə Çin polad istehsalında Böyük Britaniyanı ötüb keçməlidir. Bunun üçün kəndlərdə polad əritmək üçün kiçik donma sobaları qoyuldu. Kəndlilər polad əritmək üçün bütün dəmir və buna oxşar bütün materialları əritməyə məcbur oldular. Hətta əkin üçün lazım olan kotan, xış, balta və daha nələr sobalarda əridildi.
Sərçələrin kütləvi qırılması ilə digər həşəratlar bütün Çini bürüdü, buğda, qarğıdalı, çəltik tarlaları sıradan çıxdı. Kəndlilərin yenidən torpaqları əkib- becərmək üçün nə gücləri var idi nə də ki, texnikası, hamısını əritmişdilər. Bundan başqa Xuanxe çayı məcradan çıxdı və dəhşətdi daşqın başladı. Sonra isə quraqlıq oldu və üst- üstə yığılan bu problemlər 45 mln insanın ölümünə səbəb oldu.
Frank Dikötter “Maonun böyük aclığı” kitabında yazılır ki, hər gün minlərlə camahat aclıqdan ölürdü. Hətta iş o yerə çatmışdı ki, xalq öz uşaqlarını yeməyə məcbur olurdu. Beləki, adamlar öz uşaqlarını bir- biri ilə dəyişib yeyirdi.
Dəhşətin qurbanlarının hekayələrindən ibarət böyük və təfsilatlı dosyesi Maonu 1958-ci illə 1962-ci il arası 45 milyon insanın ölümündən cavabdeh birisi kimi gözümüzün önünə çıxarır. Aparılan araşdırmalar təkcə nəticələri kiçildilmiş fəlakəti ortaya qoymur, həmçinin bir çox insanların hansı yolla qətlə yetirildiyini də göstərir: belə ki, ölənlərin 2-3 milyonunun ya ən kiçik səhvlərinə görə ölənə qədər işgəncə verilərək ya da kütləvi qətllərin nəticəsində dünyasını dəyişdiyi məlum olub. Məsəlçün, Hunan əyalətindəki bir kəntdə yerli rəhbər Xiong Dechang bir ovuc buğda oğurlayan oğlanın atasını oğlunu diri-diri basdırmağa məcbur etmişdi. Ata bir neçə gün sonra oğlunun dərdinə dözməyib ölüb.