20 C
Bakı
20 Oktyabr 2026 16:27
CəmiyyətDünya

Telefon asılısı olan gənc 3 ildir evdən çölə çıxmır

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələdən sonra yaşama həvəsini itirən və təhsil aldığı universiteti yarımçıq qoyaraq bütün vaxtını kompüter və mobil telefona sərf etməyə başlayan Barış Özbay virtual dünyaya aludə olub.

Tacxeber.com “Haber 7″yə istinadla xəbər verir ki, anası ilə birlikdə yaşayan gənc artıq üç ildir ağır bir dövrlə mübarizə aparır.

Gənc oğlan yalnız yaşamaq üçün ən zəruri ehtiyaclarını ödəyir, lakin nə çimir, nə də dırnaqlarını kəsmək kimi şəxsi qayğılarını yerinə yetirir.

Demək olar ki, üç ilə yaxındır evdən bir addım belə kənara çıxmayan Barışın anası Semra Özbay hər gün övladı üçün acı çəkir. Telefon və kompüterdən başını qaldıra bilməyən Barışın yenidən həyata bağlanması üçün ana yardım və dəstək gözləyir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Körfəz ölkələrinin dərsi budur: miqrant qəbul et, amma qaydanı dəyişmə

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor