CəmiyyətSiyasət

Ramiz Mehdiyevə yaxın olan icra başçıları:-TƏLAŞ İÇİNDƏDİRLƏR…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ətrafında cərəyan edən olaylar bir zamanlar ona biət edən və hal-hazırda da görəv başında olan məmurlar üçün də elektroşok effekti oynamış oldu. Hər halda, görünəni və hiss olunanı odur ki, artıq bəziləri özlərini güvənsizlikdə hiss etmələri bir yana, sabah nələrin baş verə biləcəyini belə təxmin edərək ciddi təlaş keçirməkdədir.

Tacxeber.com xəbər verir ki, bu barədə “DİA-AZ”ın əldə etdiyi məlumata görə, konkret olaraq Şirvan şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov Ramiz Mehdiyevin ev dustaqlığı xəbərini şok effekti ilə qarşılayanlardandır. Onun hətta “gör Mehdiyev belə oldusa, bizi nə edəcəklər”  deyərək reaksiya verməsi ilə də diqqətə gəlib.

Bu barədə danışan mənbə qeyd edir ki, eyni zamanda Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov da eyni qaydada ciddi təlaş keçirənlərdəndir. Hacıqabul rayon icra hakimiyyəinin başçılsı Sevindik Hətəmov isə çoxdan ehtiyatını tutub. Bunu deyən mənbə iddia edir ki, Bərdənin icra başçısı Vidadi İsayev isə bu gün Bakıda olub: “O da həyəcan içindədir, hər halda Ramiz Mehdiyevin əlindən su içənlərdən biridir. Bu su isə burunlarından irin-qan formasında gəlməsə, onlar düzələnə oxşamır…”

 

Tacxeber.com

Oxşar xəbərlər

Qorxunun sərhədi: Türkiyə müxalifəti niyə Prezident Sarayının qarşısına getmir?

admin

“Yollar yaxşıdır, yağış çox oldu” deyən deputat: “Reytinq naminədir…”

redaktor

“6 saat işləyən müəllimin maaşı yüksək ola bilməz” –Nazir maaş azlığını belə izah etdi

redaktor