GündəmSiyasət

Əsas məsələ: niyə, məhz indi?

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyevin barəsində CM ağır maddələri ilə cinayət işi açılıb. Və 4 aylıq ev dustaqlığında qətimkan tədbiri seçilib. İttiham irəli sürülən maddələr isə bunlardır:

278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2. (cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma).

Ramiz Mehdiyev bu əməlləri törədibmi, ya yox, bu barədə, özü də belə ciddi məsələdə konkret söz demək olmaz. İstintaq gedir, bu ittihamlar qarşıda prokurorluq süzgəcindən keçməlidir və hələ məhkəmədə sübuta yetirilməlidir. Obyektiv sübuta yetirilsə, demək ki, törədib. Ancaq, 278- ci maddə üzrə hakimiyyəti ələ keçirmə əməlini edibsə, tək edə bilməz, demək ki, digər şəxslər də olmalıdır, bu işdə. Və digər həbslər ola bilər.

Niyə belə gec açılıb cinayət işi? Ya, sübutların toplanması indi başa çatıb, ya da ki cinayət işi əvvəldən olub, indi “xod” verilib nəsə səbəbdən. Bu da, olan haldır, sivil ölkələrdə belə, hansısa siyasi ya ölkə mənafeyinə görə cinayət işi üstü bağlı qalır, müvafiq vaxtadək. Niyə məhz, indi?!

Bax, bu mühüm sualdır. Mənim şəxsi fikrimcə, bu, Rusiya ilə münasibətlərin bu günlər kəskin pisləşməsi ilə əlaqədar ola bilər. Mehdiyev də, məlumdur, Rusiyanın Azərbaycanda 1 nömrəli tərəfkeşi sayılıb. Putin-Əliyev Düşənbə görüşü sonrası çoxları dedi ki, münasibətlər düzəldi və yeni dövr başlayır. Mənsə inadla yazdım ki, heç nə düzələn deyil, daha da pisləşəcək vəziyyət!

Çünki, yaxşı bilirəm Putini, Kremlə yetişən kimi 180 dərəcə dəyişib, razılaşmanın əksini edəcək. Və görünür, nəsə etmiş, özü də çox sərt Bakıya qarşı, Mehdiyevə sərt cinayət işi açılma dərəcə. İkinci tərəfdən ola bilsin, Mehdiyevin özü də bu yaşında sakit oturmayıb, Rusiyayönlü nəsə, çox ciddi antidövlət fəaliyyəti olub, fiksasiya edilən.

Bir də, az ehtimallı da olsa, bir variant ola bilər, bu son Misir sammitindən yaranan… Ola bilsin ki, ABŞ və Türkiyə sözləşməsilə Rusiyaya qarşı, onu geriyəoturtma prosesinə start verilsin Qara Dəniz, Cənubi Qafqaz həm Mərkəzi Asiya boyu. Və o qərara alınsın ki, Azərbaycanda Rusiyanın bütün şəbəkələri tamamilə sıradan çıxarılmalı!

İstənilən halda, 3 variantın üçü də, Mehdiyevə qarşı bu ağır cinayət işinin məhz indi açılması səbəbini Rusiya-Azərbaycan münasibətlərinin xüsusilə ciddən pisləşməsinə yönəldir fikirləri. Ortada ciddi məsələ olmasa, inanmıram İlham Əliyevin xeyli birgə işləyib Heydər Əliyev ordeni verdiyi, 87 yaşlı ahıl adama həbs qərarı verilsin.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Navalnının ölümü ilə bağlı məlumat üçün 100 min avro veriləcək

admin

17 saylı uşaq bağçasının rəhbərinin ŞOK SƏS yazısı yayıldı – “Burda mənəm, Bağdadda kor xəlifə! ”

admin

Rəşad Dağlının adından dələduzluq

admin