DünyaSiyasət

Ərəblərin Soqdiana, Baktriya, Talkan və Cürcan yürüşləri

Ərəblərin Soqdiana, Baktriya, Talkan və Cürcan yürüşləri: Fəthin ( fəth ərəbcə zəbt etmək , işğal etmək mənasını verir) qanlı tərəfi.

VIII əsrin əvvəllərində Əməvi xilafətinin orduları Xorasandan çıxaraq Soqdiana, Baktriya, Talkan və Cürcan istiqamətində irəliləməyə başladılar. Bu yürüşlər rəsmi ərəb mənbələrində “İslamın yayılması” kimi təqdim olunsa da, faktiki olaraq bu, zorakı fəth, talan və köləlik dalğası idi. Tarixi sənədlər və mənbələr göstərir ki, bu kampaniyalar həm dini, həm siyasi, həm də iqtisadi məqsədlər daşıyırdı — torpaq, vergi və qul bazarlarının genişləndirilməsi əsas hədəflərdən idi. VIII əsr ərəb işğalı yerli xalqların böyük və qədim sivilizasiyanı , mədəniyyətini amansızlıqla məhv etdi.

Soqdiana və Baktriya yürüşləri

Soqdiana və Baktriya ərazilərinə hücumlar əsasən Əməvi sərkərdəsi Quteybə ibn Müslim tərəfindən 705–715-ci illərdə həyata keçirilmişdi. Yerli əhali türklər və soqdlar idi, onlar Zərdüştilik və Buddizmə inanır, yüksək şəhər mədəniyyətinə malik idilər.

Ət-Təbəri “Tərix ər-Rusul vəl-Müluk” əsərində yazır:

“Quteybə Buxaraya yürüdü, döyüşənlərin hamısının öldürülməsini əmr etdi. Sonra orada məscid tikdirdi və azan qaladan oxutdurdu ki, şəhər əhli İslamı eşitsin.”

Bu hadisə göstərir ki, dini təbliğ zor vasitəsilə aparılırdı — şəhər alınandan sonra azan məcburi şəkildə elan edilirdi.
Əl-Bəlazuri “Fütuh əl-Buldan” əsərində bildirir:
“Səmərqəndlə sülh bağlandı, lakin onun əsgərləri vədi pozub rahibləri öldürdülər. Soqd əhalisi üsyan qaldırdı və illərlə döyüşdü.”

Bu məlumatdan görünür ki, ərəb qoşunları tez-tez müqavilələri pozur, müqavimət göstərənləri qətlə yetirirdilər.
Narşaxi “Tarixi Buxara”da yazır:

“Quteybə çoxlu adam öldürdü, qadın və uşaqları əsir apardı. Buxara əhli qorxudan müsəlman oldu.”
Beləliklə, Soqdiana və Baktriyada İslamın yayılması könüllü deyil, qorxu və zorakılıq şəraitində baş vermişdi.
Talkan qətliamı

Ərəb fəthlərinin ən dəhşətli səhifələrindən biri qanlı Talkan qətliamıdır. Şəhər əhalisi ərəblərə təslim olmağı qəbul etməmiş, nəticədə tamamilə məhv edilmişdir.

Ət-Təbəri yazır:

“Talkan əhalisi təslim olmağı qəbul etmədi. Quteybə şəhəri mühasirəyə aldı, kişiləri qılıncdan keçirdi, qadın və uşaqları əsir etdi.”
İbn əl-Əsir isə hadisəni belə təsvir edir:
“Talkanda minlərlə insan öldürüldü, qadınlar cariyə kimi paylandı.”
Görkəmli Xarəzm alimi Əl-Biruni ərəblər haqqında yazırdı ki, ərəblər türk şəhərlərini işğal edəndə Qutayba ibn Muslim türklərin tarixini məhv etmək məqsədilə 12 mindən artıq insanı — əsasən alimləri, ziyalıları və qədim türk əlifbası ilə oxuyub-yaza bilənləri — öldürtdü; onların başlarını kəsdilər və beləliklə türk yazılı tarixini qaranlığa qərq etdilər. Qutaybə isə türklər üçün belə demişdi: “Uktülühü! Uktülühü! Uktülühü!” (Hər birini öldürün! Hər birini öldürün! Hər birini öldürün!).
Mənbə: R. Gibb, “Orta Asiyada Ərəb Fəthləri”.

Buna görə uzun müddət türk dünyası elmdə tənəzzül yaşadı. Ümumiyyətlə 705-i ildə türk xalqları üzərinə cihad zamanı ərəblər tüklərə qarşı çox amansız Talkan və Cürcan qətliamı törədiblər..

Bu, açıq şəkildə göstərir ki, yürüşlərin dini deyil, cəza xarakteri vardı. Şəhər tamamilə viran qoyulmuş, sağ qalan qadınlar cariyə kimi bölüşdürülmüş, bir qismi isə Basra və Kufə bazarlarında satılmışdır.
Cürcan qətliamı
Cürcan (Gorgan) əhalisi əvvəlcə sülh müqaviləsi bağlamış, lakin sonra ərəb hakimiyyətinə qarşı üsyan qaldırmışdı. Quteybə şəhəri tutduqdan sonra qisas məqsədilə əhalini məhv etdi.

Əl-Bəlazuri yazır:
“Cürcan əhli yenidən üsyan etdikdə, Quteybə şəhəri alıb çoxlarını öldürdü. Qadın və uşaqlar əsir götürüldü.”
Bu hadisə tarixdə Cürcan qətliamı kimi qaldı — burada müqavilə pozulmuş, şəhər yandırılmış, minlərlə qadın və uşaq kölə edilmişdi.
Ərəb ordularının fəthləri zamanı qadın və uşaqların əsir aparılması sistemli xarakter daşıyırdı. Onlar ya orduda paylanır, ya da bazarlarda satılırdı.

Dövrün ən məşhur ərəb tarixçisi Ət-Təbəri qeyd edir:

“Əsir alınan qadınlar əsgərlər arasında bölüşdürüldü, bəziləri bazarlarda satıldı.”

Bu, həmin dövrün hüquqi sistemi ilə “qanuni” sayılsa da, insanlıq baxımından faciəvi idi. Minlərlə türk və soqd qadın ailəsindən, kimliyindən məhrum edilərək cariyə kimi yaşamağa məcbur edilmişdi.
Bu yürüşlərə tənqidi baxış göstərir ki, ərəb fəthləri yalnız dini məqsədlər daşımırdı.
Bir tərəfdən İslam və ərəb mədəniyyəti yayılırdı,
digər tərəfdən isə qədim Soqd, Baktriya və türk şəhərləri dağıdılır, əhalinin böyük hissəsi kölə və cariyəyə çevrilirdi.
Tarixçilər bu hadisələri imperiya genişlənməsi və iqtisadi istismar siyasətinin tərkib hissəsi kimi qiymətləndirirlər.
Ət-Təbəri, Əl-Bəlazuri, Narşaxi və İbn əl-Əsir kimi mənbələrdən göründüyü kimi, Soqdiana, Talkan və Cürcan yürüşləri ərəb fəthlərinin ən qanlı səhifələridir.
Minlərlə insan qılıncdan keçirilmiş, qadınlar cariyə kimi aparılmış, şəhərlər viran qalmışdır.
Bu hadisələr göstərir ki, İslamın Mərkəzi Asiyaya yayılması sülh yolu ilə deyil, zor və qorxu vasitəsilə baş vermişdir.
Bu, təkcə dini tarix deyil, həm də insani faciə idi — bir mədəniyyətin məhvi və azad xalqların qul vəziyyətinə salınması.

 

Cavid Damirli

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvana uçmaq zülmə çevrilib – AZAL sərnişinləri təzyiq altına salır

redaktor

Türkiyədə bu görüntülər DİQQƏT ÇƏKDİ: Rusiyaya ixrac edilən nəhəng… – FOTOLAR

admin

Orskda su altında qalan evlərin sayı 4,4 mindən artıqdır

admin