Əlisəmid Kür mənim üçün doğma adam idi.
…Doğma… deyəndə mən sənət doğmalığını, tale doğmalığını nəzərdə tuturam.
Onun yaradıcılığının ideya boyu Azərbaycanın taleyi ilə bağlıdır,
sənət boyu isə poeziyadır.
…Dizləri üstə gözləri yol çəkir barmaqlarımın…
darıxmağı belə poetik portretdə göstərmək əsl sənət nümunəsidir.
Və ya …Köhnə divar saatında, kəfkirdə qızım yellənir…
Taleyi zamanla birləşdirmək!
Bu cür ifadə tərzi şübhəsiz ki, yenilikçilik deməkdir.
Belə poetik nümunələri çox xatırlamaq olar…
Şairin Azərbaycana bənzəyən, dediyim o ideya boyunda bir şeiri var:
Bu yurdun süyər yerindən
Bir ömür qatarı keçir.
Elim qan-tər içində, anam,
Obam qan-tər içində.
Can hamı, qəbrimə qısıldım,
Söndüm qan-tər içində, anam,
Öldüm qan-tər içində.
Bəli, bu iki əlaqəni poeziya sənəti ilə Azərbaycan insanının taleyini birləşdirən,
billur külqabı da, dilənçi şəhər də, kentavr da, kor Əlisəmid oldu.
Həyat belədir bir gün də əbədi çırağımız yanır…
Ölümə qarşı da sızıldamadın, dəli Kür.
Səndən bir misra öyrəndim:
Demə, hamı özünə bənzər ölürmüş…
