Ətrafımızda olan meyvə və tərəvəzlərin bir qismi əvvəl olduğu kimi deyil.
Məsələn: 50-60 il öncəyə qayıtsaydıq indi gördüyümüz banan, qarpız, badımcan və s kimi tərəvəzlərin tamamilə fərqli olduğunu görəcəkdik. Onlar müasir dövrdə dəyişdirilib, müasir forma alıb.
Sual oluna bilər ki, axı niyə? Nə ehtiyac var? Cavab çox sadədir. Bunu ona görə etdilər ki, bananı təkcə tropik enlikdə yaşayanlar yeməsin, bütün dünya yesin. O cümlədən düyü və s. Beləliklə dünya 100 min illər boyu aclıq problemindən qurtulmuş oldu. İndi az qala səhrada da düyü əkirlər, bu ancaq genin dəyişdirilib, mühitə uyğunlaşması ilə mümkün oldu.
Bir tərəfdən bizim ağız dadımız dəyişir. Əgər 10 il öncə marketlərdə alınan pomidorların dadının olmadığını asanlıqla hiss edə bilirdiksə indi hiss etmək çətinləşir. Çünki illərlə o dadsız pomidoru o qədər yedik ki, uşaqlığımızda yediyimiz o gözəl dadları da beləcə itirdik….
