20 C
Bakı
20 Oktyabr 2026 08:43
Cəmiyyət

Bütün köhnə oliqarxların varidatı əlindən alınıb, bir Ramiz Mehdiyev qalıb.

Ramiz Mehdiyevə qarsı irəli sürüldüyü bildirilən “hakimiyyəti zorla ələ keçirmək” ittihamı heç inandirıcı deyil.

Birincisi, 87 yaşlı adamın hakimiyyət nəyinə lazım?

İkincisi, Ramiz Mehdiyev o qədər axmaqdır ki, Əliyev hakimiyyətinin “qılıncının dalı da kəsir, qabağı da”, belə bir vaxta hakimiyyəti zorla ələ keçirməyə girişsin?!

Üçüncüsü, belə bir cəhd olubsa, bunu niyə rəsmi yox, qeyri-rəsmi şəkildə mediaya ötürürlər?

Daha çox şantaja oxşayır. Bütün köhnə oliqarxların varidatı əlindən alınıb, bir Ramiz Mehdiyev qalıb.

Ramiz Mehdiyev vəzifədən çıxarılanda da, sonra Elmlər Akademiyasından qovulanda da hakimiyyətə qarşı bir kəlmə deməmişdı. Əksinə, tərifləmişdi. İndi də deməyəcək. Mesajını aldı, yığdıqlarını təhvil verəcək, vəssalam.

 

Mustafa Hacıbəyli

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor