Doğum sayının azalması müxtəlif amillərin birləşməsinin nəticəsidir.
Uşaq pulu sisteminin olmaması:
Azərbaycanda uzun illərdir ki, doğulan hər uşağa dövlət tərəfindən sistemli və davamlı şəkildə verilən uşaq pulu mövcud deyil. Bu da ailələrin uşaq sahibi olmaq qərarını maliyyə baxımından riskli edir.
Uşaqlı ailələrə dəstək proqramlarının zəifliyi:
Uşaq sayına görə vergi güzəştləri, kommunal və nəqliyyat subsidiyaları kimi stimullaşdırıcı tədbirlər demək olar ki, yoxdur və ya çox məhduddur.
Uşaq qidaları və ləvazimatlarının baha olması:
Körpə qidaları, bezlər, geyimlər və digər zəruri vasitələrin qiyməti bir çox ailənin büdcəsinə ciddi təsir edir.
Hamiləlik və doğum xərclərinin yüksəkliyi:
Özəl klinikalarda doğuş qiymətləri ortalama gəlirə malik ailələr üçün əlçatmazdır, dövlət xəstəxanalarında isə xidmət keyfiyyəti ilə bağlı narahatlıqlar mövcuddur.
İşsizlik:
Xüsusilə gənclər arasında işsizlik səviyyəsinin yüksək olması maddi sabitlik yaradaraq ailə qurmağa və övlad sahibi olmağa mənfi təsir edir.
Mənzil problemi:
Gənc ailələrin çoxu ya valideynlərlə birgə yaşayır, ya da kirayə mənzildə qalır. Mənzil almaq isə əksər ailələr üçün uzunmüddətli kredit borcu deməkdir.
Gələcəkdə nələr baş verəcək?
Doğum nisbətinin azalması bir neçə onillik sonra əmək bazarında işçi qüvvəsinin çatışmazlığına səbəb olacaq. Əhali qocaldıqca gənc və iş qabiliyyətli insan sayında azalma gözlənilir. Bu da iqtisadi inkişafı ləngidə və sosial təminat sistemlərinə (pensiya, səhiyyə) təzyiqləri artıracaq.
Əhalinin sayında və xüsusilə gənc oğlanların sayında azalma hərbi çağırış sisteminə mənfi təsir edəcək. Milli təhlükəsizlik və müdafiə qabiliyyəti üçün bu strateji əhəmiyyət daşıyan problemdir.
Həll yolları varmı? Var…
Sabit və davamlı uşaq pulu sisteminin tətbiqi birbaşa şəkildə doğum nisbətinə təsir edə bilər. İlk uşaq üçün az, ikinci və üçüncü uşaqlara artan məbləğlə veriləcək dövlət dəstəyi ailələri çoxuşaqlı olmağa stimullaşdıra bilər.
Uşaqlı ailələr üçün vergi güzəştləri və sosial yardım proqramları yaratmaq.
Ana və atalara doğum məzuniyyətinin və iş yerində çevik iş saatlarının təmin edilməsi.
Gənc ailələr üçün güzəştli ipoteka proqramlarının genişləndirilməsi.
Regionlarda dayanıqlı iş yerlərinin yaradılması və gənclərin kəndlərdə qalması üçün dəstək layihələri.
Mədəni dəyərlərin qorunması və ailə institutunun gücləndirilməsi üçün mediada və təhsil sistemində maarifləndirmə proqramları aparılmalıdır.
