17 C
Bakı
14 Oktyabr 2025 10:30
DünyaSiyasət

Tramp Netanyahunu niyə oyundan kənar vəziyyətə saldı? – İlk səbəb

Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampı Ağ evə gəlib-getmiş ən böyük İsrail dostu adlandırır. Amma son zamanlar Fələstin ətrafında baş verənlər göstərir ki, hətta Tramp belə Netanyahunun şirin dillərinə inanmaq istəmir. Tel-əvivin Şarm-əl Şeyx sammitindən kənarda tutulması da bunun ən bariz nümunəsidir. Bəs, ABŞ-ın, məşhur mahnımızda deyildiyi kimi, “üzü İsraildən niyə döndü”?

Təbii ki, bu suala təfsilatlı cavab versək, gərək bir kitablıq əsər yazaq. Mən isə nə sizi, nə də özümü yormaq istəmirəm. Sadəcə bir fakt üzərində dayanmaqla fikrimi izah etmək niyyətindəyəm.
Sirr deyil ki, ABŞ-ın indiyədək yürütdüyü “İsrail nökərçiliyi” siyasəti Vaşinqtonun qlobal nüfuzuna ciddi zərər vurur, onun irəli sürdüyü prinsiplərin anlamsızlaşmasına yol açır. Bu da hər kəsdən çox Çinin işinə yarayır. Nəticədə ABŞ imperiyasının ideoloji təməlini təşkil edən “Pax Americana” (Amerika sülhü) tezisinə ağır zərbələr vurur. Təsadüfi deyil ki, Çin ABŞ-ın Yaxın Şərqdə yürütdüyü dövlətləri qarşı-qarşıya qoyaraq özünə bağlamaq siyasətini sıfırlamaq üçün 2023-cü ildə regionun azılı düşmənləri sayılan İranla Səudiyyə Ərəbistanını barışdırmış və bi iki dövlət arasında diplomatik əlaqələri yenidən bərpa etmişdi. Bununla da faktiki olaraq “Pax Americana” sisteminə qarşı “Pax China”, yəni Çin sülhü alternativini ortaya qoymuşdu. Pekinin bu addımı açıq şəkildə Vaşinqtona qarşı indiyə qədər açdığı ən böyük müharibə elanı idi. Nə yazıq ki, ağlı dəngələrini itirən Co Bayden hakimiyyəti bu incə siyasəti anlamaqda çətinlik çəkdi və o gündən etibarən ərəb dünyasını tədricən itirməyə başladı. 2023-cü ildən indiyədək Çin-Yaxın Şərq ölkələri arasındakı ticarət dövriyyəsi ilə ABŞ-ın bu coğrafiya ilə ticarət əlaqələrini müqayisə edəndə də bu iddiamızın nə qədər doğru olduğunu görə bilərik.
ABŞ Ticarət Palatasının rəsmi açıqlamasına görə, 2024-cü ildə ABŞ-ın Yaxın Şərq və Şimali Afrika (MENA) regionu ilə mal ticarəti təxmini 141,7 milyard dollar olub, ABŞ 80,4 milyard dollarlıq mal ixrac edib və 61,3 milyard dollar idxal edib. Nəticədə ABŞ-ın regiondakı əsas ticarət tərəfdaşlığında (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və İsrail daxil olmaqla) 19,1 milyard dollarlıq profisit yaranıb.
Ümumi mal ticarəti: 141,7 milyard dollar;
Malların ixracı: 80,4 milyard dollar;
Mal idxalı: 61,3 milyard dollar;
Mal ticarətinin müsbət saldosu: 19,1 milyard dollar.
İndi isə gəlin Çin-ərəb ölkələri arasındakı ticarət dövriyyəsinə nəzər salaq.
2023-cü ildə Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələri üçün bu göstərici 297,9 milyard dollar olsa da, 2024-cü ildə bu ölkələr arasında ticarət dövriyyəsi 477,4 milyard dollara çatıb. Bu, ticarəti ənənəvi enerji, tikinti texnologiyaları ixracı və tikinti sektorunda genişləndirən Çinin Bir Kəmər və Yol Təşəbbüsü (BRI) kimi amillərin təsiri ilə əvvəlki illərdən əhəmiyyətli artım deməkdir. 2022-ci ildə Çin və daha geniş Yaxın Şərq və Şimali Afrika (MENA) regionu arasında ümumi ticarət 2023-cü ildə 286,9 milyard dollara enməmişdən əvvəl 507 milyard dollarlıq zirvəyə çatdı. 2024-cü ilin birinci yarısında təxminən 400 milyard dollar keçdi.
Təsəvvür edirsinizmi, ABŞ-ın eyni region ilə ticarət dövriyyəsi 142 milyard dolları keçmədiyi halda, Çin 500 milyard dollar yaxalamaq əzmi göstərmişdi. Arada hardasa 3 dəfə böyük fərq vardı. İsrailin Yaxın Şərqdə ürəyi istədiyi kimi at oynatması və Qətər kimi ABŞ-ın ən yaxın müttəfiqini belə atəşə tutması ərəb ölkələrini getdikcə Çinə yaxınlaşdırır, Qərb imperialistlərinin regionda öz məqsədləri üçün yaratdığı düşmənçilikləri yaxın müttəfiqliyə çevirirdi. Bu isə sözsüz ki, “Pax Americana” sisteminin nüfuzdan düşməsi və bir işə yaramaması ilə nəticələnirdi. ABŞ özünün dünya hegemoniyasının sonunu gətirən bu siyasətdən vaz keçməsə, yaxın zamanlarda iqtisadi böhranlarla üzləşməkdən qurtula bilməyəcəkdi.

Netanyahunun Şarm-əl Şeyx sammitindən kənarda buraxılmasının ən mühüm səbəblərindən biri budur. Təbii ki, başqa səbəblər də var. Zamanım olduqca bu səbəblər barədə də öz fikirlərimi ifadə edəcəyəm.

 

Heydər Oğuz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

“Aztelekom”un işçisi 1600 cərimələndi, maaş ala bilmədiyi üçün də işdən çıxdı

redaktor

Solovyovun verilişində dava: Biz öz əsgərlərimizi qurban veririk, amma siz… – VİDEO

redaktor

“Rusiya hegemon olmaq niyyətində deyil” – Putin

redaktor