17 C
Bakı
14 Oktyabr 2025 09:39
Dünyaİqtisadiyyat

Nobel mükafatı və rəqabətli mühitdə formalaşan “yaradıcı dağıntı”

Bu il İqtisadiyyat üzrə Nobel mükafatını innovasiyaya əsaslanan iqtisadi artım və yaradıcı dağıntı nəzəriyyəsini elmi şəkildə izah etdiklərinə görə Joel Mokyr, Philippe Aghion və Peter Howitt qazandı.

Onların nəzəriyyəsi təsdiq edir ki, iqtisadi inkişafın əsasında innovativ düşüncə, rəqabət və azad sahibkarlığın yaratdığı yaradıcı dağıntı dayanır. Yeni ideyalar köhnə sistemləri sıradan çıxarır, sahibkarlıq bu boşluğu daha səmərəli modellərlə doldurur, rəqabət isə bu prosesi davamlı və dayanıqlı edir.

Doğrusu, bu istiqamətləri son bir il ərzində dəfələrlə statuslarımda vurğulamışam. Çünki, rəqabət şəraitində sahibkar fəallığı və innovativ yanaşmalar inkişaf etməkdə olan ölkələr üçün davamlı iqtisadi yüksəlişin ən etibarlı yoludur

Bu gün artıq Nobel Komitəsinin də təsdiqlədiyi qlobal elmi həqiqət budur ki, inkişaf köhnəni qorumaqla deyil, azad sahibkarlığın iştirakı ilə formalaşan rəqabətli mühitdə yenilik yaratmaqla mümkündür.

 

Eldəniz Amirov

Tacxeber.com

Oxşar xəbərlər

Bayden Ukraynaya bu silahlarıda verməyə hazırlaşır ?

admin

Dövlət qurumu “Cadillac”ı bazar dəyərindən 2 dəfə ucuz hərraca çıxarır – Fotolar

admin

2025-ci ilə kimi Rusiyanın tankı qalmayacaq

redaktor