DünyaGündəmSiyasət

Dünya liderləri bir-birini tərifləyir, Azərbaycan xalqı isə öz dolanışığını düşünür.

Yadınızdadırmı? Elə bu günlərdə Əli Kərimli “Əliyevlə Putinin ortaq marağından, “beynəlxalq avtoritarlar klubu”undan, Cənubi Qafqazın avrointeqrasiya prosesinə qoşulmasından bəhs edən bir status paylaşmışdı. Putinlə Əliyevin əl-ələ veribən Əli Kərimlinin iqtidara gəlişinin qarşısını almasından gileylənmişdi. 2 qos-qoca diktatorun mübariz demokratın qarşısını kəsməsinə etiraz etmişdi.

Donald Tramp isə bu gün Əli bəyin diktator adlandırdığı Azərbaycan prezidentini “O, çox güclü bir liderdir”, deyibən tərifləyib. İndi bu bədbəxt Azərbaycan müxalifəti infrakt keçirməsin neyləsin?

Donald Trampın belə bir dəstəyindən sonra “Cənubi Qafqazın avrointeqrasiya prosesi” də görbagor oldu…

Bəli, İlham Əliyev diktatordur. Ancaq o, siyasəti mükəmməl bilir. Və hər kəslə, hətta Donald Tramp kimi əndrabadi prezidentlə də köhnənin dostu kimi rəftar edir, ünsiyyət qurur…

Şübhəsiz ki, İlham Əliyev istedadlı adamdır. Təəssüf doğuran odur ki, belə bir adam xalqın dolanışığı haqqında düşünmür. Başıqapazlı Azərbaycan xalqı Allahın ümidinə qalıb. Əliqabarlı insanlar “başlı başın saxlasın” prinsipi ilə idarə olunur…

 

Elbeyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Polşa səfiri Rusiya XİN-nə ÇAĞIRILDI

redaktor

“Tramp “zərərçəkən”ə oxşamır” – Deputat

redaktor

Əli Həsənova bağlı şirkət “Azərsu”dan tender uddu – FAKTLAR

redaktor