17 C
Bakı
14 Oktyabr 2025 09:45
Cəmiyyətİqtisadiyyat

Azərbaycan kripto sıralamasında tutduğu yerə diqqət edək

Regionda kim daha çox kripto istifadə edir? Azərbaycan bu sıralamada haradadır ?

Qlobal Chainalysis şirkəti hər il “Kriptovalyuta İndeksi” (Global Crypto Adoption Index) adlı hesabat dərc edir. Şirkət 2024-cü ilin sonunda 150 ölkəni əhatə edən ən son reytinqi açıqlayıb.

Bu indeks hər bir ölkədə kriptovalyutaların real istifadəsini, əməliyyat həcmini və əhalinin bu texnologiyaya maraq səviyyəsini ölçən qlobal göstəricidir.

Sadə desək, bu indeks göstərir ki, bir ölkədə kriptovalyuta gündəlik həyatda nə qədər geniş və fəal şəkildə istifadə olunur.

Bu hesabatı araşdıraraq region və keçmiş sovetlər birliyinə daxil olan ölkələrin göstəricilərini çıxarmışam.

Burada rəqəm nə qədər kiçikdirsə, həmin ölkədə kriptovalyuta bir o qədər geniş yayılıb və aktiv istifadə olunur.

Regionda kriptovalyuta istifadəsinin ən yüksək olduğu ölkələr Ukrayna, Rusiya, Türkiyə və Özbəkistandır.

Özbəkistanın dünya kripto bazarında 150 ölkə arasında 33-cü yerdə olması diqqət cəlb edəndir.

Azərbaycan isə bu hesabatda kriptovalyutanın nisbətən az aktiv olduğu ölkələr sırasındadır.

Bu reytinq göstərir ki, region ölkələri tədricən qlobal kripto bazarına inteqrasiya olunurlar və gələcəkdə bu istiqamətdə rəqabət daha da güclənəcək.

Yeri gəlmişkən, bir müddət öncə Mərkəzi Bank rəhbəri Taleh Kazımov bu sahəni tənzimləyən “Virtual aktivlər haqqında qanun layihəsi”nin hazırlanmasının başa çatdığını bildirmişdi.

 

Osman Gündüz

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Real TV-nin sahibi olan iş adamına məxsus şirkət bağlanır

admin

“Məni ələ verməyin, tutulsam…” – Qənirə Ataşovadan daha bir qalmaqal

redaktor

Qərbi Kaspi Universiteti Kamran Əsədova cavab verdi:Akademik həyatı bulandırma, sənin yerin deyil!

redaktor