22 C
Bakı
13 Oktyabr 2025 14:09
DünyaSiyasət

Talibanı kim yaradıb?

Əfqanıstan taliban hökuməti birtərəfli qaydada hərbi əməliyyatları dayandırdı.

Talibanın necə yaranması barədə mübahisələrə aydınlıq gətirək- Talibanı ABŞ-ın xüsusi xidmətləri yaradıb və bunu ABŞ önəmli dövlət xadimi, dünya siyasətinin mühüm şəslərindən olan Z.Bjezinski rəsmən etiraf edib. Bu təşkilatın sonradan güclənərək ABŞ-ın təsir dairəsindən çıxmağı isə artıq başqa mövzudur.

Z.Bjezinski:

“Nəyə peşman olmalıyam? Bu gizli əməliyyat (Əfqanıstanda İslam fundamentalistlərini dəstəkləmək) əla bir fikir idi. Nəticədə ruslar Əfqanıstan tələsinə düşdülər və buna görə mənim peşman olmağımı istəyirsiniz? Sovetlər sərhəddi rəsmən keçdikləri gün Prezident Karterə yazdım: “İndi SSRİ -yə Vyetnamdakı savaşımızı vermək imkanımız var”. Həqiqətən də, demək olar ki, 10 il ərzində Moskva rejimin qəbul edə bilməyəcəyi bir müharibə aparmaq məcburiyyətində qaldı. Dünya tarixi üçün daha vacib nədir? Taliban yoxsa Sovet imperiyasının dağılması? “

“Sovetlər Əfqanıstanı məhv etdi və uzun illər sonra bu, Taliban üçün münbit bir şərait oldu.”

 

İlham Qadir

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Qadınların orduya cəlb edilməsi üçün aqressiya lazımdır – Paşinyan

redaktor

ABŞ-da şok qalmaqal: Prezidentlərin də adı keçir…

admin

Qırmızı Xaç Komitəsi Ukraynadakı fəaliyyətini dayandırdı

redaktor