16 C
Bakı
13 Oktyabr 2025 09:33
DünyaMuharibə

Rusiya Zaporojye AES-i Ukrayna elektrik şəbəkəsindən ayırdı –Kiyev şokda: “Bu nüvə oğurluğudur”

Rusiya Zaporojye Atom Elektrik Stansiyasını Ukrayna şəbəkəsindən ayırıb.

Tacxeber.com xəbər verirki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bu barədə X sosial media platformasında məlumat verib.

Onun sözlərinə görə, Rusiyanın zəbt etdiyi Ukraynanın Zaporojye Atom Elektrik Stansiyası üç həftədir ki, işıqsız qalıb. Hazırda stansiya Rusiya şəbəkəsinə inteqrasiyasını yoxlamaq üçün Ukrayna şəbəkəsindən ayrılıb. “Nüvə energetikası tarixində heç vaxt belə bir aksiya həyata keçirilməyib”, – nazir əlavə edib.

“Bu, sadəcə olaraq Ukraynanın dinc nüvə obyektini oğurlamaq cəhdi deyil. Rusiyanın “Rosatom” şirkətinin icazəsiz hərəkətləri beynəlxalq səviyyədə tanınmış nüvə təhlükəsizliyi protokollarını pozur, Ukrayna lisenziyasına ziddir və nüvə insidentini birbaşa təhdid edir”, – Sibiqa yazıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna ordusu Krımı vurdu – VİDEO

admin

Bill Qeytsin tövsiyə etdiyi 5 kitab…

redaktor

Makron və Netanyahu İrana qarşı birgə fəaliyyət aparacaq

redaktor