19 C
Bakı
13 Oktyabr 2025 19:38
CəmiyyətGündəm

Rusdillilikdən ingilisdilliliyə: Yeni asılılığın astanasında

Volodiya “yaxşı oğlan” dır. Sadəcə o biri volodiyalar, Solovyov, Karasev pisdir. Hə, bir də Marqarita pislər siyahısında sıralanır.

Çox təəssüf ki, bu istehzalı fikri mənim məmləkətimdə mütləq həqiqət kimi qəbul edənlər az deyil. Vlodimir Solovyov, Vlodimir Karasev, Marqarita  Simonyan kimi insanlığın üz qaraları başında Putin dayanan Kremlin gerçək üzüdür.

“Azərbaycan rusdilli ölkədir” ifadəsi isə simonyanların, solovyovların, karasevlərin illərlə apardığı antiazərbaycan təbliğatından qat-qat təhlükəli və gələcək fəsadlara qoyulan təməl fitnəsidir. Etiraf edək ki, günahın böyük bir qismi özümüzdədir. XX əsrin 80-ci illərində Bakının göbəyində maqazinlərə daxil olub, azərbaycan dilində söz söruşanda satıcılar rus dilində cavab verirdilər ha, bax onda bu gün üçün düşmənə arzuolunan zəmin yaratmışdıq.
Yeri gəlmişkən bəlkə də daha təhlükəli başqa bir “təməlqoymanın” içində vurnuxduğumuzun da heç fərqində deyilik. İndi də Bakının mərkəzində elit hesab edilən marketə (əvvəllərdə maqazin adlanan) girib, nəsə soruşduqda  ingilisdilli satıcıyla rastlaşmamız adi haldır. Hələ elmdə, karyera yüksəlişində açıq şəkildə qoyulan şərtləri demirəm. Əgər məmləkətin taksi sürücüsünün, bərbərinin, aşbazının üzünə  ingilis dilini bilmədiyindən bütün qapılar bağlanırsa, demək gələcəkdə hansısa vilyamların Azərbaycan ingilisdilli ölkədir deməsi də olacaq.

 

Pərviz Yəhyalı

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna kəşfiyyatı onu əsir götürənə 100 min dollar mükafat vəd etdi – FOTO

redaktor

Abel Məhərrəmovun general qardaşının idarəsi ləğv edilib: bu rəislər işsiz qalıb? – FOTOLAR

redaktor

Paşinyanı devirmək planı işə düşür – Qarabağdan göndərilən “tələbələr” kimdir?

redaktor